xəbərlər

Polis Akademiyasının kursantlarının döyüş hazırlığı fənləri üzrə hərbi təlim məşğələləri davam etdirilir

27.04.2024

1 aprel 2024-cü il tarixindən başlayaraq Polis Akademiyasının Hüquq Fakültəsinin II кursunun kursantları ilə Qaraheybət Təlim Mərkəzində döyüş hazırlığı fənləri üzrə hərbi təlim məşğələləri keçirilir.
27 aprel 2024-cü il tarixində Hərbi kafedrada tədris edilən “Mühəndis hazırlığı” və “Taktiki hazırlıq” fənləri üzrə kursantlar tərəfindən hazırlanan nümunəvi göstərici təlim həyata keçirilmişdir. Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov və Akademiya rəisinin xidmət və döyüş  hazırlığı üzrə müavini, polis polkovniki Əfqan İmanov keçirilən nümunəvi təlim məşğələsində iştirak ediblər.

Şərti əməliyyat tədbirinə başlamazdan əvvəl kursantlara “Mühəndis hazırlığı” üzrə səngərlərin qazılması, piyada, tank və digər yerüstü texnikalar əleyhinə minaların və partladıcı qurğuların döyüş vəziyyətinə gətirilməsi, partladılması və eləcə də zərərsizləşdirilməsi mövzularında praktiki təlim məşğələləri keçirilmişdir.
“Taktiki hazırlıq” üzrə isə ərazi maketi üzərində pusqu fəaliyyətinin icrası həyata keçirilmişdir. Belə ki, kursantlar ərazi maketi üzərində şərti əməliyyat rayonunun hazırlanmasını təşkil etmiş, habelə icra ediləcək əməliyyatın mahiyyəti qrup heyətinə izah edilmişdir. Həmçinin tapşırıqları dəqiqləşdirilmiş, mövqelərin hansı ardıcıllıqla tutulması, mövqelərin maskalanması, eyni zamanda qrupların atəş açma ardıcıllığı və hücum qrupunun fəaliyyəti müəyyənləşdirilmişdir. Sonda qrup komandiri tərəfindən döyüş əmri verilmiş və şəxsi heyət əməliyyat rayonuna hərəkət etmişdir.
Daha sonra isə əməliyyat qrupu təyin edilmiş ərazidə pusqu əməliyyatını icra edib Azərbaycan dövlət sərhəddini qanunsuz olaraq keçən şərti cinayətkar dəstə üzvlərini məhv etmiş və dəstə rəhbərini ələ keçirmişdir.









Geriyə | Çap versiyası