xəbərlər

“Açıq qapı” tədbirinin növbəti qonaqları Akademiyada yaradılmış təhsil mühiti ilə tanış olublar

01.05.2024

01 may 2024-cü il tarixində Bakı şəhəri, Nərimanov rayonu M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbin IX və X sinif şagirdləri, Veteranlar şurasının sədri, polis polkovniki Ramiz Məmmədov, sədr müavini, Polis Akademiyasının sabiq müəllimi, ehtiyyatda olan polis polkovniki Eyvaz Nurməmmədov və Nərimanov RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin əməkdaşları Polis Akademiyasının növbəti “Açıq qapı” tədbirinin qonağı olublar.

Qonaqlar Heydər Əliyev Mərkəzi, tədris korpusları, idman meydançaları və zalları, Polis Əməkdaşlarının İdman Nailiyyətləri guşəsi  və kriminalistik şəhərciklə tanış ediliblər. Bundan əlavə məktəblilərə Polis Akademiyasına qəbul qaydaları izah olunub, kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar verilib. Həmçinin, Polis Akademiyasının rəsmi saytında yerləşən “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssəsi ilə tanış olmaq imkanı da qonaqların nəzərinə çatdırılıb.

Sonda şagirdlərə Akademiya haqqında məlumatları özündə əks etdirən lifletlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.


Geriyə | Çap versiyası