elanlar

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Ailə-məişət zorakılığının sosial-psixoloji, cinayət-hüquqi və kriminoloji problemləri” mövzusunda 29 fevral 2016-cı il tarixində Beynəlxalq elmi-praktik konfransın keçirilməsi haqqında

06.01.2016

                                                                                                                                                                                       Hörmətli həmkarlar!

Müasir dövrdə cinayətkarlığı stimullaşdıran sosial-neqativ halların nəzəri və təcrübi aspektləri  araşdırılmadan onlara qarşı mübarizədə strateji hədəfləri müəyyən etmək qeyri-mümkündür. Gündəlik həyatımıza nüfuz edərək insan hüquq və azadlıqlarına real təhlükə yaradan, həmçinin cinayətkarlığın inkişafına təkan verən sosial-neqativ halların daha təhlükəli formalarından birinin ailə-məişət zorakılığının olması nəzərə alınaraq, bu sahədə aktual problemlərin elmi-tədqiqi və profilaktikası istiqamətlərinin araşdırılması günün tələbinə çevrilmişdir. Bu məqsədlə DİN-in Polis Akademiyası, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə  29 fevral 2016-cı il tarixində hüquq-mühafizə orqanları və ali təhsil müəssisələrinin iştirakı ilə “Ailə-məişət zorakılığının sosial-psixoloji, cinayət-hüquqi və kriminoloji problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir.

Konfransda aşağıdakı istiqamətlər üzrə müzakirələrin aparılması planlaşdırılır:

  • Ailə-məişət zorakılığına qarşı mübarizənin cinayət-hüquqi problemləri.
  • Ailə-məişət zorakılığı - cinayətkarlığın inkişafına təkan verən sosial-neqativ təzahür kimi.
  • Müasir dövrdə ailə-məişət zorakılığının sosial-psixoloji səbəbləri.
  • Ailə zorakılığının sosial-psixoloji xüsusiyyətləri.
  • Ailə-məişət zorakılığı kriminal davranışın təzahür formalarından biri kimi.
  • Ailə-məişət zorakılığı qurbanlarının kriminoloji tədqiqinin aktual problemləri.
  • Ailə-məişət zorakılığı profilaktikasının əsas istiqamətləri.
  • Семья и противодействие преступности.
  • Ailə-məişət zorakılığının profilaktikasının həyata keçirilməsi forma və metodları və s.

Konfransda iştirak etmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşları, professor-müəllim heyəti, doktorantlar, magistrantlar dəvət edilirlər.
Konfrans 29 fevral 2016-cı il tarixində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında keçiriləcəkdir (ünvan: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəs. A.İldırım 3.).
Konfrans materiallarının son göndərilmə tarixi:  “30 yanvar”  2016-cı il.
Konfrans materiallarının göndərilməsi üçün elektron ünvan: policeacademy@pa.edu.az; v.mansurov@pa.edu.az
Əlaqə telefonu: 454-24-72; +994-55-553-44-17.
Konfransda iştirak etmək üçün müraciət forması (əlavə edilir) doldurularaq təşkilat komitəsinin ünvanına göndərilməlidir.


Konfrans üçün təqdim olunan məqalələrə dair tələblər:

  1. Məqalədə müəllifin adı, soyadı və atasının adı, elmi dərəcəsi (varsa), iş yeri və vəzifəsi, elektron ünvanı göstərilməlidir. Materiallara müəllifin fotosu əlavə edilməlidir.
  2. Məqalənin həcmi 10 (A4) səhifədən çox olmamalıdır. Mətni Times New Roman 14 şriftlə (interval 1.5), Microsoft Office Word formatında yazılmalıdır.
  3. Hər iştirakçı 1 (bir) məqalə təqdim edə bilər. Məqalələrdə müəllif tərəfindən irəli sürülən yeniliklər və problemin həllinə kömək edəcək faydalı təkliflər olmalıdır.
  4. Məqalələr azərbaycan, rus və ingilis dillərində ola bilər.
  5. Konfrans materiallarının dərci pulsuzdur.

 

Geriyə | Çap versiyası