Ümumi məlumat
POLİS AKADEMİYASI HAQQINDA ÜMUMİ MƏLUMAT.
Polis Akademiyası sıravi milis nəfərləri və komandir kadrları hazırlayan bir məktəb kimi 1921-ci ildə Azərbaycan Respublikasının Xalq Daxili İşlər Komissarlığının qərarı ilə təsis olunmuş, 1936-cı ilədək Bakı şəhərində fəaliyyət göstərmiş, 1936-cı ildən isə Mərdəkan qəsəbəsinə köçürülmüşdür.


Ümummilli lider Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi dövrdə milis orqanlarına göstərdiyi qayğı və tələbkarlıq sayəsində Bakı Xüsusi Orta Milis Məktəbi və onun maddi-texniki bazası inkişaf etdi, kadr cəhətdən möhkəmləndi və Akademiya səviyyəsinə qədər yüksəldi. Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanı və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbi zəminində Polis Akademiyası yaradıldı. Az bir müddət ərzində Akademiyaya I dərəcəli status verildi.
Akademiyanın ümumi görünüşü




