“Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda I beynəlxalq elmi-praktik konfrans

 Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemlərini müəyyən etmək, onların təhlilini aparmaqla profilaktikası istiqamətlərini araşdırmaq və beynəlxalq təcrübəni öyrənmək məqsədi ilə 18 dekabr tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Konfransda JUSTO Avropa institutunun cinayətkarlığa qarşı mübarizənin hüquqi vasitələri kafedrasının müdiri,h.e.d., professor  Qolik Yuri Vladimiroviç, Rusiya dövlət ticarət-iqtisadi universitetinin cinayət hüququ və proses kafedrasının müdiri, h.e.d., professor Catiyev Vladimir Soltanoviç, “Odessa hüquq akademiyası” Milli universitetinin kriminologiya və cəza-icra hüququ kafedrasının rəis müavini , h.e.n., dosent Melniçuk Tatyana Vladimirovna ,Azərbaycanın hüquqşünas alimləri: h.e.d, pofessor İlham Rəhimov, h.e.d, pofessor Xanlar Ələkbərov, h.e.d, pofessor Bəhram Zahidov,Azərbaycan Milli Elmlər Akademiyasının ,Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, Ədliyyə Akademiyasının, Gömrük Akademiyasının, Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının, Qafqaz Universitetinin, Baş Prokurorluğun, Ali  Məhkəmənin və daxili işlər orqanlarının müxtəlif xidmətlərinin nümayəndələri iştirak edirdilər.

Beynəlxalq elmi-praktik konfransı açan DİN-nin Pols Akademiyasının rəisi, polis general-mayoru,  h.ü.f.d., Nazim Əliyev bildirmişdir ki,  son dövrlərdə cinayətlərin yeni növlərinin yaranması, cinayətkarlığın kəmiyyət və keyfiyyət göstəricilərinin daha dinamik dəyişkənliyi regional cinayətkarlığın konseptual səviyyədə  araşdırılmasını zəruri edir. Natiq Azərbaycanın ayrı-ayrı regionlarının səciyyəvi kriminoloji xüsusiyyətlərini qeyd etməklə regional kriminoloji təhlillər aparmışdır.Çıxış edən digər nümayəndələr regional kriminoloji tədqiqatın  əhəmiyyətini göstərərək bu sahədə aparılan araşdırmaların   profilaktik tədbirlərin daha konkret istiqamətlərinin formalaşdırdığını diqqət önünə çəkdilər.

Rusiya Federasiyası, Ukrayna və Azərbaycan Respublikası alimlərinin və təcrübi işçilərin maraqlı fikir və diskussiyaları ilə yadda qalan konfransın yekununda Polis Akademiyasının müdavimləri arasında keçirilmiş intellektual yarışmanın qalibləri mükafatlandırıldı.

Konfransda aşağıdakı mövzular üzrə çıxışlar dinlənilmiş və müzakirələr aparılmışdır:
-“Regional cinayətkarlığın kriminoloji tədqiqi: nəzəri əsaslar və təcrübi problemlər”- Polis Akademiyasının rəisi, hüquq üzrə fəlsəfə doktoru, polis general-mayoru Nazim Əliyev;

 - “Regional cinayətkarlığın xüsusiyyətlərinin bəzi məsələləri” - YUSTO Avropa insti-tutunun cinayətkarlığa qarşı mübarizənin hüquqi vasitələri kafedrasının müdi-ri,h.e.d., professor    Qolik Yuri Vladimiroviç;

-“Rusiyanın antikriminal siyasəti  haqqında düşüncələr”- Rusiya dövlət ticarət-iqtisadi universitetinin cinayət hüququ və professor kafedrasının müdiri, h.e.d., professor  Catiyev Vladimir Soltanoviç

-  “Ukraynada kriminogen vəziyyət (2005-2012-ci illər): analitik-kriminoloji təhlil”  -“Odessa hüquq akademiyası” Milli universitetinin kriminologiya və cəza-icra hüququ kafedrasının rəis müavini , h.e.n., dosent Melniçuk Tatyana Vladimirovna;

- “Regional cinayətkarlığın səciyyəvi xüsusiyyətləri”-AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktor müavini, hüquq elmləri doktoru, professor  Bəhram Zahidov;

- “Regional cinayətkarlığın profilaktikasının bəzi məsələlər”i- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru, hüquq üzrə fəlsəfə doktoru,  baş ədliyyə müşaviri  İlham Abbasov; 

-  “Regional cinayətkarlıq profilaktikanın obyekti kimi (səciyyəvi xüsusiyyətlər)”- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət quruculuğu və hüquq kafedrasının müəllimi   Tural Hacıyev;

- “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı törədilən regional cinayətlərlə mübarizənin xüsusiyyətləri”- DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili , polis polkovnik –leytenantı  Vidadi Məmmədov;

- “Regional cinayətkarlığın kriminoloji  xüsusiyyətləri”- V kurs  IV taqım müdavimi   İlkin Almazov.

 

     

     

     

 

 

 

Geriyə | Çap versiyası