Polis Akademiyasının Kadrlar şöbəsi

 Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci iltarixli 782 saylı fərmanına əsasən Bakı Xüsusi Orta Milis məktəbinin zəminində Azərbaycan Polis Akademiyası yaradılmışdır. Həmin fərmanla Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həll edilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən Polis Akademiyasında 283 nəfər daimi ştat vahidi həcmində yer ayrılmışdır. Həmin qərara əsasən Polis Akademiyasında Kadrlar şöbəsi yaradılmış və onun tərkibi aşağıdakı kimi olmuşdur:
 
 
 
Kadrlar şöbəsinin rəisi;
•     Şöbə rəisinin müavini;
•     Baş inspektor;
•     2 baş inspektor hesabına inspetor;
•     2 inspektor;
•     Mədəni-kütləvi işlər üzrə inspektor, özüdə klub rəisi;
•     Xalqçalğı alətləri ansanbılının rəhbəri;
•     Kinomexanik (mülki)
 
 
Ötən dövr ərzində Polis Akademiyasının fəaliyyətində, qurumun davə digər istiqamətlərində dəyişikliklər, yeniliklər və islahatlar aparıldığına görə Kadrlar şöbəsinin ştat vahidində bir sıra dəyişikliklər olmuşdur. Belə ki, xidmətin yeniləşdirilməsi ilə əlaqədar Kadrlar şöbəsində olan şöbərəisinin müavini,  baş inspektor hesabına inspektorlar vəzifələri ixtisar edilmişdir. Sonralarisə Mədəni-kütləvi işlər üzrə inspektor, özüdə klub rəisi, Xalq çalğı alətləri ansanbılının rəhbəri, Kiomexanik (mülki) vəzifələri də günün tələblərinə cavab vermədiyi üçün ixtisar edilmişdir. 2010-cu ilin fevral ayının 27-də DİN-in 317 saylı əmri ilə Kadrlar şöbəsinə yeni ştat vahidi psixoloq vəzifəsi verilmişdir. Hal-hazırda Kadrlar şöbəsinin ştat vahidi aşağıda göstərilən qaydadadır:

•    Kadrlarşöbəsininrəisi;
•    2 baş inspektor;
•    3 inspektor;
•    Psixoloq;

1992-ci ildən 1994-cü ilədək Kadrlar şöbəsinin rəisi vəzifəsində polis polkovnik-leytenantı Yakovlek İvan Petroviç işləmişdir. 1994-cü ildə isə həmin vəzifəyə polis kapitanı Mustafayev Çingiz Mustafa oğlu təyin olunmuş və 1997-ci ilədək Kadrlar şöbəsinin rəisi olmuşdur. 1997-ci ildən 2005-ci ilədək Kadrlar şöbəsinə polis polkovniki Talıbov Məmmədrza Məmməd oğlu, 2005-ci ilin dekabr ayından 2013-cü ilədək isə polis polkovnik-leytenantı Yusif Əvəz oğlu Əsədov şöbəyə rəhbərlik etmişdir.

Kadrlar şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Xəlilov Bəhlul Xəlil oğlu 1968-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir, 1993-cü ildə BOXPM-ni, 2007-ci ildəisə Polis Akademiyasını bitirib. DİO-da 1988-ci ildən, tutuduğu vəzifədə isə 2010-cu ildən xidmət edir. «Milis əlaçısı» döş nişanı ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var.

Kadrlar şöbəsinin inspektoru, polis mayoru Quliyev Daşqın Tofiq oğlu 1971-ci ildə Cəbrayıl rayonunda anadan olub. Ali təhsillidir, 1998-ci ildə BDU-nun hüquq fakültəsini bitirib. DİO-da 1991-ci ildən, tutuduğu vəzifədə isə 1999-cu ildən xidmət edir. Subaydır.

Kadrlar şöbəsinin psixoluqu, polis baş leytenantı  Müzəffərov Rasif Rəfael oğlu 1983-cü ildə Zəngilan rayonunda anadan olub. Ali təhsilli dir, 2005-ci ildə BDU-nun bakalavr pilləsini, 2008-ci ildə isə magistr pilləsini bitirib. DİO-da 2006-cı ildən, tutuduğu vəzifə də isə 2010-cu ildən xidmət edir. Ailəlidir, 2 övladı var.

Kadrlar şöbəsinin inspektoru, polis leytenantı Əliyeva Rəhimə Hafiz qızı 1988-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir, 2011-ci ildə BDU-nun hüquq fakültəsinin bakalavr pilləsini, 2013-cü ildə isə magistr pilləsini  bitirib. 2013-cü ildən tutuduğu vəzifədə xidmət edir. Subaydır.
 
Kadrlar şöbəsi aşağdaki başlıca istiqamətlərdə fəalliyyət göstərir:
 
Akademiyanın şəxsi heyətinin komplektləşdirilməsi və kadrların uçotunun həyata keçirilməsi;
 
Kadrların seçilərkən onların müvafiq surətdə sənədləşdirilməsini həyata keçirməklə, kadrların daha yüksək vəzifəyə seçilməsi üçün ehtiyat kadrların hazırlanması;
 
Akademiyanın nomenklatura üzrə əməkdaşlarının yerləşdiriməsi, təyin ediməsi, işə qəbulu, ilkin və növbəti rütbələrin verilməsi, rəis heyəti, fəhlə və qulluqçuların xaric edilməsi barədə materialların toplanması;
 
Attestasiya üzrə materialların hazırlanması və komissiya tərəfindən qəbul olunan qərarların vaxtında yerinə yetirilməsinə nəzarət;
 
Xidməti illərə görə faiz əlavələrinin hesablanması, ayliq maaşların müəyyən edilməsi üzrə komissiyaların, habelə müəllim heyətinə pedaqoji stajin müəyyənləşdirilməsi üzrə komissiyalarda təmsil olunmaq;
 
Akademiyanın daimi və dəyişkən heyəti arasında nizam-intizamın möhkəmləndirilməsi, təhlili, qanunvericiliyə riayət olunması işlərinin icrasında iştirak etmək;
 
Kadr işi iləəlaqədar məsələlər üzrə ərizə və şikayətlərə baxılmasını təmin etmək;
 
Xidməti yoxlamalar keçirmək, xidməti araşdırmaların nəticəsinə əsasən rəy tərtib etmək;
 
Əmr layihələrini hazirlamaq.
 
 
Geriyə | Çap versiyası