Təchizat şöbəsi

Təchizat şöbəsi başqa şöbə və bölmələrə nisbətən daha erkən yaradılmış, uzun müddət fəaliyyət göstərərək, xeyli təcrübə əldə etmişdir. Şöbənin əsası 1957-ci ildə Bakı Xüsusi Orta Milis Məktəbi yaradılarkən qoyulub. Polis Akademiyası 1992-ci ildə yaradıldıqdan sonra onun işi daha da təkmilləşdirilmiş, daimi və dəyişkən heyətin sayının artması nəzərə alınaraq ştat vahidləri artırılmışdır.
Akademiyanın maddi-texniki bazasının müasir avadanlıqlarla, kitabxana fondu və kargüzarlıq işinin aparılması üçün dəftərxana ləvazimatları ilə, eləcə də daimi və dəyişkən heyətin geyim forması, silah-sursat, yataq dəstləri və ərzaq normaları ilə təmin edilməsində Təchizat şöbəsinin xüsusi rolu vardır. Şöbədə 20 nəfər əməkdaş xidmət edir. Onlardan 5 nəfəri zabit, 15 nəfəri isə siravi və kiçik rəis heyətindən ibarətdir. Mülki işçilərin sayı 83 nəfər təşkil edir.
 

 
Həmçinin, daimi və dəyişkən heyətə xidmətin yüksək səviyyədə təşkili üçün şöbədə bərbər, dərzi, kursant yeməkxanası, geyim, ərzaq, silah-sursat, mebel və texniki avadanlıqlar anbarları mövcuddur. Akademiyanın kursant heyətinə gündə 3 dəfə fabrikat və yarımfabrikat yeməklərin hazırlanması məqsədilə mülki vətəndaşlardan təşkil olunmuş peşəkar aşpaz heyəti fəaliyyət göstərir.

Təchizat şöbəsi aşağıdakı başlıca istiqamətlərdə fəaliyyət göstərir:
- Akademiyanın illik planının hazırlanması üçün təkliflər hazırlayır;
- Akademiyanın tədbirlər planına müvafiq təşkilati işləri həyata keçirir;
- Təsərrüfat işləri üçün texnika və nəqliyyat vasitələrinin, həmçinin mebel və avadanlıqların sazlığını nəzarətdə saxlamaqla, abadlıq işləri üçün plan işləyib hazırlayır;
- Akademiyanın şəxsi heyətinin geyim formaları ilə təminatının uçotunu, norma üzrə verilən geyim əmlaklarının əməkdaşların ölçülərinə uyğun sifariş olunmasını, istifadəyə verilməsini təşkil edir, eləcə də paylanılmış geyim formalarının, inventar əmlaklarının düzgün istifadə olunmasına nəzarət edir;
- İnzibati bina və yataqxana komplekslərində, anbarlarda texniki vasitələrin istismarı vaxtı təhlükəsizlik tədbirlərinə əməl edilməsinə və yanğına qarşı təhlükəsizlik tədbirlərinin keçirilməsinə dair plan hazırlayır;
- Akademiyanın inzibati ərazisinə aid bütün yaşayış, qeyri-yaşayış tikililərinin və ərazisində cari təmirə ehtiyacı olan hissələrinin yaşıllaşdırma və abadlıq işləri üçün planlarını işləyib hazırlayır;
- Tədrisdə müasir texnologiyalardan istifadə olunması üçün maddi-texniki bazanın yenilənməsi məqsədi ilə təkliflər hazırlayır;
- Dəftərxana ləvazimatlarının alınması üçün təkliflər verir və əşyaların alınıb gətirilməsini təşkil edir;
- DİN-in müvafiq əmrinin tələblərinə və tədris planına əsasən norma üzrə silah-sursatın, xüsusi vasitələrin sifarişini və alınıb gətirilməsini təşkil edir;
- Dəyişkən heyətin keyfiyyətli qida məhsulları ilə təmin olunması üçün illik plan hazırlayaraq, DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə sifariş verilməsini və alınmış ərzaq məhsullarının düzgün qorunub saxlanmasını təşkil edir;
- Yarımfabrikatların hazırlanmasına, bişirilmiş xörəklərin kursantlara düzgün çatdırılmasına gündəlik nəzarət edir;
- İlin yekunu ilə əlaqədar arayış hazırlayır.



Geriyə | Çap versiyası