DİN-in Polis Akademiyasının. «Növbətçi hissəsi»

 Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 7872 saylı Fərmanına əsasən Bakı Xüsusi Orta milis məktəbinin zəmnində Azərbaycan Polis Akademiyası yaradılmışdır. Həmin Fərmanla Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələlərin həll edilməsi tapşırılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı Qərarına əsasən Polis Akademiyasında 283 nəfər daimi ştat vahidi həcmində yer ayrılmışdır. Həmin Qərara əsasən Polis Akademiyasında «Növbətçi hissə» yaradılmış və onun tərkibi aşağıdakı kimi olmuşdur:



  • Baş növbətçi inspektor;

  • Üç növbətçi inspektor;

  • Dörd növbətçi köməkçisi;

  • İki növbətçi sürücü.

DİN-in Polis Akademiyasının Növbətçi hissəsi öz fəaliyyətini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 24 noyabr 1992-ci il tarixli 771 saylı əmrə əsasən quraraq Polis Akademiyası rəisinin rəhbərliyi altında funksional vəzifələrini icra etmiş, 2001-ci ilin 02 yanvarından DİN-in 1 saylı əmrinə əsasən Polis Akademiyasının Növbətçi hissəsinin ştat vahidində aşağıdakı dəyişikliklər olmuşdur:

  • Növbətçi hissənin rəisi;

  • Üç növbətçi hissənin məsul növbətçiləri;

  • Dörd növbətçi hissənin növbətçi köməkçiləri;

  • İki növbətçi hissənin növbətçi sürücüləri.

Növbətçi hissənin rəisi, polis polkovnik-leytenantı Məmmədov Elçin Rəhman oğlu 1965-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. 1991-ci ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin Tarix fakültəsini, 2002-ci ildə isə DİN-in Polis Akademiyasını bitirib. 1992-ci ildən DİO-da xidmətə başlamış, DİN-in Daxili Qoşunlarında bölük komandirinin müavini, bölük komandiri, DİN-in Polis Akademiyasında kurs rəisinin müavini, Növbətçi hissənin növbətçi inspektoru, 2001-ci ildən hazıradək növbətçi hissənin rəisi vəzifəsində xidmət edir. Qarabağ müharibəsi veteranıdır. Ailəlidir. 3 övladı var.

Növbətçi hissənin məsul növbətçisi polis mayoru, Quliyev Vaqif Ağaidris oğlu – 1969-cu ildə Şamaxı şəhərində anadan olub, ali təhsillidir.2000-ci ildə DİN-in Polis Akademiyasını bitirib, Ailəlidir. 2 övladı var.

Növbətçi hissənin növbətçi köməkçisi polis baş serjantı Əhmədov Surac Cavanşir oğlu-1984-cü ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olub. Ali təhsillidir. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi hüququn tənzimlənməsi fakültəsin bitirib. Hazırda DİN-in Polis Akademiyasının Qiyabi fakültəsinin V kurs dinləyicisidir. Ailəlidir. 2 övladı var.

Polis Akademiyasının Növbətçi hissəsinin əməkdaşları öz xidməti fəaliyyətlərində Azərbaycan Respublikası Konstitusiyasının, Ümumilli lider Heydər Əliyevin yürütdüyü siyasəti uğurla davam etdirən Prezident, Ali baş komandan cənab İlham Əliyevin Fərman və Sərəncamlarını, DİN-i müvafiq əmr və göstərişlərini, Polis haqqında qanunu, DİN-in 02 yanvar 2001-ci il tarixli 1 nömrəli və 06 iyun 2007-ci il tarixli 306 nömrəli əmrlərini rəhbər tutaraq üzərlərinə düşən vəzifələrin icrasına məsuliyyətlə yanaşırlar.
Geriyə | Çap versiyası