xəbərlər

DİN-in Polis Akademiyasında «Qurtuluş günü»nə həsr olunmuş tədbir keçirilmişdi

13.06.2011

 Ölkəmiz parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşan zaman ulu öndər Heydər Əliyevin ikinci dəfə hakmiyyətə qayıdışını - 15 iyun Milli Qurtuluş gününü respublikamızın hər yerində olduğu kimi Polis Akademiyasında da qeyd edilir.
13.06.2011-ci il tarixdə Polis Akademiyasında Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Aydın Hüseynovun və Yeni Azərbaycan Partiyasının Xəzər rayon şöbəsinin sədri Namiq Əhmədovun iştirakları ilə «Qurtuluş günü»nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyulmuş, xatirə fotoşəkili çəkilmişdir. Klubda davam edən tədbir respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsiilə başlanmışdır.
Tədbiri giriş sözü ilə  Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev açaraq keçən əsrin 90-cı illərinin əvvəlində respublikada baş vermiş faciəli hadisələr və tədbirin mahiyyəti barədə iştirakçılara qısa məlumat verib gələn qonaları şəxsi heyətə təqdim etmişdir. Öz çıxışlarında  Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü A.Hüseynovun və Yeni Azərbaycan Partiyasının Xəzər rayon şöbəsinin sədri N.Əhmədovun  «Qurtuluş günü» tarixi və ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının qurulması sahəsində göstərdiyi xidmətlər, ümummilli liderin bitkin siyasi konsepsiyalarının 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyasının proqramında bu günədək əks olunması, bu təşkilat tərəfindən qarşıya qoyulmuş siyasi məqsədlərin reallaşdırılmasında çox mühüm rol oynaması barədə iştirakçılara ətraflı məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır.
Tədbir şəxsi heyət tərəfindən böyük maraqla qarşılanmışdır.
Geriyə | Çap versiyası