xəbərlər

«Yeni Üfüq - 2011» Qaçqınların hüquqları üzrə beynəlxalq müsabiqənin iştirakçıları Polis Akademiyası rəisinin əmri ilə mükafatlandırıldı

20.06.2011

 8-9 iyun 2011-ci il tarixdə BMT Qaçqınların işləri üzrə Ali Komissarlığın/iuın Belarus Respublikası DİN-i ilə birlikdə keçirdiyi «Yeni Üfüq - 2011» Qaçqınların hüquqları üzrə beynəlxalq müsabiqəyə Azərbaycan Respublikası DİN-nin Polis Akademiyası da dəvət almışdı. Beynəlxalq müsabiqədə  III kurs müdavimləri Abdullayev Zaur, Əliyev Ruslan və Yusifzadə iştirak etmişlər.
Beynəlxalq müsabiqədə altı ölkədən 7 komanda iştirak edirdi. Bunlar Azərbaycan, Belorus, Qırğızıstan, Tacikistan, Ermənistan Respublikalarının DİN-nin Akademiyaları, həmçinin Qazaxıstan DİN-nin və Sərhəd qoşunları Akademiyasının yığma komandası və Belorus Sərhəd qoşunları İnstitutu idi.   
 Müsabiqə proqramı əsasən iki hissədən ibarət idi. Birinci hissə nəzəri məsələlərdən, ikinci hissə isə təcrübi məsələlərdən ibarət idi. Nəzəri hissə 2 nominasiya üzrə keçirilirdi. Birinci  nominasiyada qaçqınların hüquqları haqqında qanunvericilik üzrə nəzəri biliklərin («Hüquq marafonu»), həmçinin qaçqınlıq probleminin yaranması, onun həlli üzrə dövlətin həyata keçirdiyi əməli fəaliyyət barədə ev tapşırığının («Proloq»)  nümayiş etdirilməsindən ibarət idi.
İkinci hissə isə təcrübi tapşırıqlardan ibarət olan «Qaçqının yolu» nominasiyası adlanırdı. Burada qaçqınlıq həyatı yaşan şəxsin rast gəldiyi real şəraitə uyğun tapşırıqlar yerinə yetirilirdi.
Nəzəri məsələlər üzrə ən yüksək nəticəni Azərbaycan Respublikasının DİN-nin Polis Akademiyası komandası göstərərək hər iki nominasiyada I nəticə göstərdi.
Geriyə | Çap versiyası