xəbərlər

DİN-in Polis Akademiyasında «28 may-Respublika günü» qeyd edildi.

23.05.2012

 Şərq və islam tarixində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin 1918-ci ilin may aynın 28-də  elan edilməsi xalqımızın yüzillər boyu apardığı azadlıq mübarizəsinin şanlı qələbəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq demokratik dövlətə mənsub olan bütün atributları özündə birləşdirmiş bu dövlət sülhsevər xarici siyasət xətti irəli sürmüşdür. Yaranmasının 94-cü ildönümü qeyd olunan Xalq Cümhuriyyətinin tariximizdəki rolu əvəzsizdir.

Respublika günü ilə əlaqədar Polis Akademiyasında bir sıra tədbirlər həyata keçirilmişdir. Klubda, ümumi kitabxanada və kursların divar qəzetlərində «28 may – Respublika günü»nə həsr olunmuş məqalələr dərc olunmuş, müdavim heyəti ilə həmin tarixi hadisələr barədə ətraflı söhbətlər aparılmışdır.
«28 may – Respublika günü» ilə əlaqədar 23.05.2012-ci il tarixdə DİN-in Polis Akademiyasında Tarix muzeyinin əməkdaşı Aqil Əhmədovun iştirakı ilə tədbir keçirilmişdir. Akademiyanın klubunda keçirilmiş tədbir ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilmiş, «Dövlət Himni» səslənmişdir.

Öz çıxışında Aqil Əhmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti, beynəlxalq aləmdə tanıtdırılması üçün görülmüş işlər, Azərbaycan xalqının düşmənləri tərəfindən onun süqutuna yönəlmiş səylər barədə ətraflı çıxış etmiş, şəxsi heyəti maraqlandıran sualları cavablandırmışdır.
Tədbir şəxsi heyət tərəfindən böyük maraqla qarşılanmışdır.

DİN-in POLIS AKADEMİYASI
Geriyə | Çap versiyası