Polis Akademiyasında “Ən yaxşı fotorobotun tərtib edilməsi “ mövzusunda müsabiqə keçirilmişdir
13.01.2010
“DİO-da idarəetmənin təşkili” və “Kriminalistika” kafedralarının 2009/10-cu tədris ilinin planına müvafiq olaraq “Müdavim elmi cəmiyyəti” xətti üzrə “Ən yaxşı fotorobotun tərtib edilməsi” mövzusunda 13 yanvar 2010-cu il tarixində müsabiqə keçirilmişdir.
4-cü kurs müdavimləri arasında keçirilən müsabiqə nəzəri bilik səviyyəsinin yüksəldilməsi və peşə vərdişlərinin möhkəmləndirilməsi ilə bağlı gələcək xidməti vəzifələrinin müvəffəqiyyətlə həyata keçirilməsi məqsədi daşıyırdı.Müsabiqədə IV kurs üzrə 21 müdavim iştirak etmişdir ki, onlardan 4 nəfəri mükafata layiq yerlər tutmuşlar. Münsiflər heyətinin qərarına görə 1-ci yerə 5-ci taqım müdavimi Hüseynov Vüsal, 2-ci yerə 1-ci taqım müdavimi Abumüslümov Tural, 3-cü yerlərə isə 2-ci taqım müdavimi Əsgərov Bayram və 3-cü taqım müdavimi Qurbanov Bəhruz layiq görülmüşlər.




