xəbərlər

Gənclər və yetkinlik yaşına çatmayanlar ilə iş sektorunun növbəti tədbiri keçirilmişdir.

14.11.2014

 Uşaq hüquqlarının həyata keçirilməsinin təmin edilməsi, yetkinlik yaşına çatmayanların və gənclərin tərbiyə edilməsi, onların mütərəqqi tələblər əsasında təhsil alması, dövlət və cəmiyyət üçün layiqli vətəndaş və şəxsiyyət kimi formalaşması üçün normal şəraitin yaradılması dövlət siyasətinin istiqamətlərindən biri olub, onun əsas vəzifələrindən biridir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev uşaqlara olan qayğını bütün qayğılardan üstün hesab  edərək qeyd edirdi: “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Uşaqlar hər bir insanın mənəviyyatıdır”.

Ulu öndərin hər bir azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsi istiqamətində apardığı islahatlar Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar bu ənənələrin uzun illər yaşayacağına və uşaq hüquqlarının etibarlı qorunmasına zəmanət verir. Müasir təhsil müəssisələrinin və idman-sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının təzahürü sayılmalıdır.

“Uşaq hüquqları haqqında”, “YYÇ-nın baxımsızlığı və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanunlarının qəbul edilməsi bu istiqamətdə aparılan islahatların hüququ əsasları olmaqla, ölkəmizin sivil və bəşəri dəyərlərə münasibətində, demokratik təsisatların inkişafında əvəzolunmaz rolunun olmasını təsdiq edir. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında uşaqların sosial müdafiəsi və hüquqlarının mühafizəsinin gücləndirilməsi məqsədi ilə Uşaq Milli Strategiyasının hazırlanması buna bariz misaldır.

Uşaq hüquqlarının qorunmasının əsas təminatçılarından biri də daxili işlər orqanlarıdır. Bu məsələ daim Daxili İşlər Nazirliyinin və onun rəhbəri cənab Ramil Usubovun diqqət mərkəzində olub, yetkinlik yaşına çatmayanların hüquqlarının təmin edilməsi və onlar tərəfindən törədilən hüquqpozmaların xəbərdar edilməsi və qarşısının alınması ilə bağlı məsələlər DİN-in Kollegiya iclaslarında və naziryanı əməliyyat müşavirələrindən müzakirə olunur. Təsadüfi deyildir ki, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin icrası üzrə görülən işlərin vəziyyəti haqqında” 30 sentyabr 2014-cü il tarixində keçirilən DİN-in Kollegiyası bu sahədə mövcud problemlərə, yeni vəzifələrin əhatə dairəsinə və istiqamətlərinə həsr edilmişdir.

DİO-da yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasının təşkili üzrə ixtisaslaşdırılmış xidmətin  mövcudluğu, eləcə də bu sahədə digər xidmətlərin də fəaliyyət göstərməsi yetkinlik yaşına çatmayanların hüquqlarının təmin edilməsi üzrə polis orqanlarının vəzifə və funksiyalarının əhatə dairəsinin geniş olduğunu göstərir.

Yetkinlik yaşına çatmayanların hüquqlarının təmin edilməsi sahəsində daxili işlər orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə onların təhsil müəssisələri və ictimaiyyətlə qarşılıqlı əlaqəsinin daha da genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Daxili işlər orqanları üçün peşəkar kadrların hazırlanmasında və bu sahənin kadrları üçün zəruri olan nəzəri bilik, peşə bacarıq və vərdişlərinin öyrənilməsində Polis Akademiyası xüsusi yer tutur. Yetkinlik yaşına çatmayanların və gənclərin tərbiyə edilməsi və onların şəxsiyyət kimi formalaşmasında, eləcə də onlar tərəfindən törədilən hüquqpozmalarının xəbərdar edilməsində ərazi polis orqanları ilə yanaşı Polis Akademiyası da müvafiq maarifləndirici və profilaktik xarakterli tədbirlər həyata keçirir.

Bu məqsədlə Polis Akademiyasının “Daxili işlər orqanlarının inzibati fəaliyyəti” kafedrasının nəzdində “Gənclər və yetkinlik yaşına çatmayanlar ilə iş sektoru” fəaliyyət göstərir.
Sektorun təyinatına və tədbirlər planına müvafiq olaraq onun fəaliyyətinin əsas istiqamətini Bakı şəhərinin orta təhsil müəssisələrində uşaq hüquqları ilə bağlı aktual mövzularda çıxışlar etmək və görüşlərin keçirilməsi ilə şagirdlərin maarifləndirilməsində, onların ictimai aktivliyinin artırılmasında, habelə vətəndaş mövqeyinin seçilməsində köməklik göstərməkdən ibarətdir. 

Hər il Polis Akademiyası rəisinin əmri ilə təsdiq edilmiş tədbirlə planına müvafiq olaraq sektorun üzvləri tərəfindən Bakı şəhərinin Səbail, Nizami, Xətai və Xəzər rayonlarının orta məktəblərində şagirdlər qarşısında uşaq hüquqları və onlar tərəfindən törədilən hüquqpozmaların xəbərdar edilməsi ilə bağlı profilaktik xarakterli aktual mövzularla çıxışlar edilir və  görüşlər keçirilir.

Müasir dövrdə cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması və onların dinamik inkişafı uşaq hüquqlarının daha müasir forma və metodlarla təmin edilməsini zəruri edir. Yetkinlik yaşına çatmayanların tərbiyə edilməsi, onların şəxsiyyət kimi formalaşması və davranışlarının istiqamətləndirilməsində orta təhsil müəssisələri xüsusi yer tutur.

 Sektorun yarandığı vaxtdan orta məktəblərlə qarşılıqlı əlaqənin qurulması prioritet istiqamət kimi müəyyən edilmişdir. Bu qarşılıqlı əlaqə ilk olaraq fəaliyyətini Xəzər və Xətai rayonlarının orta təhsil müəssisələri təşkil etmiş və sonradan sektorun əlaqələri daha da genişləndirilərək Səbail və Nəsimi rayonlarının orta təhsil müəssisələrində həyata keçirməyə başlamışdır.

Yeni tədris ilində sektorun həyata keçirdiyi növbəti tədbir Səbail rayonunun 6 və 134 saylı məktəblərində pedaqoji heyət və şagirdlər qarşısında çıxışın edilməsi və görüşün həyata keçirilməsi olmuşdur. Bu görüşdə Akademiyanın müəllimləri və sektorun nümayəndələri tərəfindən yeniyetmələrin və gənclərin maarifləndirilməsi, onlar tərəfindən törədilən hüquqpozmaların xəbərdar edilməsi ilə bağlı çıxışlar edilmiş və şagirdləri maraqlandıran sualları cavablandırmışlar.

Bakı şəhəri Nəsimi rayonunun 23 saylı orta məktəbində keçirilən profilaktik məzmunlu görüş yuxarı sinif şagirdlərinin diqqətinə səbəb olmuş və yetkinlik yaşına çatmayanların kriminal davranışlarının səbəbləri, həmçinin onların xəbərdar edilməsi və qarşısının alınması ilə bağlı təhlillər onların diqqətini cəlb etmişdir.

Səbail və Nəsimi rayonlarının orta məktəblərində olduğu kimi Xəzər rayonu Şağan qəsəbəsinin 124 saylı orta məktəbində də şagirdlərlə görüş maraqla qarşılanmış. Uşaqların hüquq pozuntularının səbəbləri və qarşısının alınması yolları ilə bağlı müzakirələr aparılmış və çıxışlar dinlənilmişdir.

Xətai rayonu 64 saylı orta məktəbdə polis əməkdaşlarının maraqlı izahatlarını eşitmək şagird və müəllimlər üçün məzmunlu məlumat mənbəyinə çevrilmişdir. Polisin cəmiyyətdə rolu ilə bağlı məruzəçinin qeydləri ətraflı diskussiyalarla yadda qaldı.

Gənclər və yetkinlik yaşına çatmayanlarla iş sektorunun fəaliyyətində xüsusi maraqla qarşılanan tədbirlərdən biri də Bakı şəhəri rayonlarının orta məktəb şagirdlərinin Polis Akademiyasında müdavim və pedaqoji kollektivlə görüşüdür. Görüşlər zamanı Polis Akademiyasında yerləşən Heydər Əliyev Mərkəzi tədris binaları, kitabxana, müdavim yataqxanaları, idman şəhərcikləri, atıcılıq tiri ilə tanışlıq şagirdlərin düşüncəsində uzun müddət yadda qalan təəssüratların yaranmasına səbəb olur.

Geriyə | Çap versiyası