xəbərlər

“DİO-nun inzibati fəaliyyəti” kafedrasının “İnzibati sahə” tədris modulunda “Müasir dövrdə uşaq hüquq və azadlıqlarının təmin edilməsi sahəsində polisin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.

17.11.2014

 Dəyirmi masada DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov, Bakı şəhəri Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin inspektoru, polis mayoru Məryam Ömərova, Xəzər rayon İcra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rövşən Əhmədov, Xəzər RPİ-nin I PB-nin yetkinlik yaşına çatmayanların işləri üzrə baş inspektoru, polis kapitanı Şəhriyar Əhmədov, “DİO-nun inzibati fəaliyyəti” kafedrasının, digər kafedra və şöbələrin əməkdaşları, Polis Akademiyasının müdavimləri iştirak etmişlər.

Dəyirmi masada giriş sözü ilə çıxış edən “DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki Vaqif Abışov bildirdi ki, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının profilaktikası polis orqanlarının əsas fəaliyyət istiqamətlərindən biridir. “DİO-nun inzibati fəaliyyəti” kafedrasının nəzdində yaradılan “Gənclər və yetkinlik yaşına çatmayanlarla iş sektoru”nun xətti ilə artıq kifayət qədər işlər görülmüşdür. Lakin bu gün biz bir daha uşaq hüquqlarının təmin olunmasında polis orqanlarının fəaliyyətinin əsas istiqamətlərini və mövcud problemləri araşdırmaqla həyata keçirilən profilaktik tədbirlərin müasir metodlarını tədqiq etməliyik.

 Dəyirmi masada aşağıdakı mövzular üzrə çıxışlar olunmuş və bu çıxışlar üzrə müzakirələr aparılmışdır:
“Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsinin beynəlxalq və konstitusiya hüquqi əsaslarının bəzi aspektləri” - “DİO-nun inzibati fəaliyyəti” kafedrasının müəllimi, polis polkovnik-leytenantı Şahin Şükürov.

 

 

 

 

 

  • “Yetkinlik yaşına çatmayanların inzibati məsuliyyətinin bəzi xüsusiyyətləri” - “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Aleksandr İsmayılov.
  • “Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində “Gənclər və yetkinlik yaşına çatmayanlarla iş sektorunun rolu” - IV kurs II taqım müdavimi Şəbnəm Rzazadə.
  • “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpozmaların profilaktikası sahəsində yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasının təşkili üzrə xidmətin rolu” - IV kurs I taqım müdavimi Toğrul Əhədzadə.
  • “Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın rolu” - IV kurs II taqım müdavimi Xətai Nəsirov.“Baxımsız qalan uşaqların vəziyyətinin təhlili və onların hüquqlarının təmin edilməsi” - IV kurs IV taqım müdavimi Natiq Şahverdiyev.
  • “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpozmaların profilaktikasında DİO-nun rolu” - IV kurs IV taqım müdavimi Gözəl Gözəlov.
  • Dəvət olunmuş qonaqlar öz çıxışlarında uşaq hüquqlarının təmin olunması və bu sahədə polis orqanları tərəfindən həyata keçirilən profilaktik tədbirlərin əhəmiyyəti haqqında məlumat verərək, təklif və tövsiyyələrini iştirakçıların diqqətinə çatdırmışlar.



 

 

Geriyə | Çap versiyası