xəbərlər

Polis Akademiyasında məktəblilərlə görüş keçirilmıişdir.

15.11.2014

 DİN-in Polis Akademiyasının “Gənclər və yetkinlik yaşına çatmayanlarla iş sektoru”nun tədbirlər planına müvafiq olaraq noyabrın 7-də “DİO-nun inzibati fəaliyyəti” kafedrasının təşkilatçılığı və Xəzər RPİ Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin əməkdaşlarının iştirakı ilə adı cəkilən rayonunun orta məktəb şagirdlərinin Polis Akademiyasında görüşü keçirilmişdir. Görüşdə Xəzər rayonunun  230, 156, 206 saylı məktəblərin və S.Makarenko adına gimnaziyanın şagirdləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə kafedranın rəisi, polis polkovniki Vaqif Abışov açaraq  bildirdi ki, dövlətimizin qarşısında duran əsas məqsədlərdən biri kimi gənclərin və yеtkinlik yaşına çatmayanların təlim-tərbiyəsi və onların pеrspеktiv inkişafının təmin еdilməsi üçün  nоrmal şəraitin yaradılmasıdır. Hər bir uşağın zəruri maddi və məişət  şəraitində böyüyüb tərbiyə оlunması, mütərəqqi tələblər əsasında təhsil alması, layiqli vətəndaş kimi fоrmalaşmasının təmin еdilməsi dövlət siyasətinin əsas istiqamətidir.

Kafedranın baş müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərinin səbəbləri, şəxsiyyətlərində kriminogen keyfiyyətlərin formalaşması mərhələləri haqqında qonaqları maraqlandıran açıqlamalar verdi.

 Xəzər RPİ Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis mayoru Samir Ağayev tədbir iştirakçılarını salamlayaraq yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpozmalar və onların qarşısının alınmasında polis orqanlarının rolu haqqında ətraflı məlumat verdi.

Daha sonra orta məktəb şagirdləri Polis Akademiyasında “Heydər Əliyev Mərkəzi”, idman şəhərciyi, atıcılıq tiri, yataqxanalar və tədris otaqları ilə tanış oldular. Məktəblilərin böyük marağına səbəb olmuş tədbirin yekununda onlar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular və xatirə şəkli çəkdirdilər.
Geriyə | Çap versiyası