xəbərlər

Polis Akademiyasında “Dövlət idarəetməsində qanunçuluq və intizam” mövzusunda “Vətəndaş cəmiyyətinin mövcudluğu və inkişaf istiqamətlərinə dair məlumatların təqdimatı keçirilmişdir.

12.12.2014

12 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikası DİN-in Polis Akademiyası və Azərbaycan Respublikası Prezidenti yanında  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Dövlət idarəetməsində qanunçuluq və intizam” mövzusunun tədrisi üçün müdavimlərə mühazirə kursu təşkil olunmuşdur. Mühazirəyə başlayarkən “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru Rafiq Nəcəfquliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günündə onun müasir dövlətimizin qurucusu və cəmiyyətimizdə ictimai sabitliyin müəllifi kimi tarixi missiyası haqqında müdavimlərə məlumatlar verdi. Mühazirəçi dərsin 1-ci hissəsində “Dövlət idarəetməsində qanunçuluq və intizam” mövzusu üzrə nəzəri və təcrübi məlumatları müdavimlərin diqqətinə çatdırmışdır.

Mühazirə prosesində xüsusilə vurğulanmışdır ki, dövlət idarə¬etməsində qanunçuluq və intizam demokratik və vətəndaş cəmiyyyətinin mövcudluğu və inkişaf etməsinin əsas istiqamətlərindəndir. Qeyd edilən fikirlər arasında qanunçuluq və itizamın dövlətin vəzifə və funksiyalarının təcrübi cəhətdən həyata keçirilməsində keyfiyyət göstəricisi olması ayrıca şərh edildi. Xüsusilə vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət-hakimiyyət orqanlarının fəaliyyətində əsas istiqamətlər sırasında göstərilən xidmətlərin məmnunluq prinsipi əsasında qurulmasını tələb edir. Bu istiqamətlərin tədris prosesində öyrədilməsi müdavimlərin peşəkar əməkdaş kimi formalaşmalarına və gələcəkdə hüquq-mühafizə fəaliyyəti prosesində rəhbər tutmalarına xidmət edir.

 Mühazirə dərsinin 2-ci hissəsində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təlim sektorunun müdiri, dosent Nazənin Hüseynova müdavimlərə “Vətəndaş cəmiyyətinin mövcudluğu və inkişaf istiqamətləri” mövzusunda məlumatlar vermişdir. Mühazirəçi Nazənin Hüseynova tədbirin Ulu Öndər Heydər Əliyevin anım gününə düşməsinin əhəmiyyətini xüsusilə qeyd edərək, onun müasir Azərbaycanın qurucusu və memarı kimi milli dövlət quruculuğundakı tarixi xidmətlərini, siyasi və idarəçilik fəaliyyətini xüsusilə vurğulamışdır. Daha sonra mühazirəçi hüquqi – sosial dövlət quruculuğu, vətəndaş cəmiyyətinin bərqərar olunması yolunda ölkədə görülən tədbirlərin əhəmiyyətini vurğulayaraq vətəndaş cəmiyyətinin əsas xüsusiyyətlərini və prinsiplərini şərh etmişdir.

 Mühazirəçi ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş təşəbbüslərinin dəstəklənməsi və siyasi plüralizmə əsaslanan güclü demokratik cəmiyyətin formalaşdığını qeyd edərək ölkə başçısı İlham Əliyevin yürütdüyü uğurlu dövlət siyasətinin, görülən ardıcıl və kompleks tədbirlərin əhəmiyyətini vurğulamışdır. Daha sonra vətəndaş cəmiyyətinin mövcudluq şərtləri, əsas prinsipləri və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın yeni forması kimi “ASAN” Xidmət modeli barədə müdavimlərə izahlar verilmişdir. Müdavimlər ölkədə qurulan innovativ, müasir idarəetmə modeli olan “ASAN” Xidmətinin prinsipləri, fəaliyyət məqsədləri ilə tanış olmuşlar. Sonda hər iki mühazirəçi müdavimləri maraqlandıran sualları cavablandırmışlar.
Geriyə | Çap versiyası