xəbərlər

“Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin təşəbüsü ilə Polis Akademiyasında tədbir keçirilmişdir.

24.12.2014

 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən Milli vətənpərvərlik hisslərinin yüksəldilməsi ilə əlaqədar tədbirlərin təşkili istiqamətində “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin təşəbüsü ilə 24 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında tədbir keçirilmişdir.

Tədbir başlamazdan öncə gələn qonaqlar və Akademiyanın zabit-müəllim heyəti bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan, onun müstəqilliyi yolunda fədakarlıq göstərən Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoymuş, xatirə fotoşəkilləri çəkilmişdir.

Tədbiri Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev açıq elan edərək həmin dövrdəki ictimai-siyasi vəziyyətdən və nəticələri barədə ümumi məlumat verdikdən sonra sözü tədbir iştirakçılarına vermişdir.

Çıxışlarında Millət vəkili, İnsan hüquqları komitəsinin üzvü Flora Qasımova, Millət vəkili, Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov, Millət vəkili, Elm və təhsil komitəsinin üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı, Xankəndi məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, 122 saylı Xankəndi Seçki dairəsindən deputat köməkçisi  Səbuhi Səmədov Xankəndinin tarixi, mədəniyyəti, etnik tərkibi, coğrafi mövqeyi, tanınmış şəxsləri, şəhidləri, həmçinin Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən əhaliyə qarşı törədilmiş terror, sui-qəsd və hücum aktları barədə məlumat vermişlər.
Tədbirin sonunda Akademiyanın I kurs müdavimləri arasında keçirilən “Xankəndi” adlı referat müsabiqəsinin qalibləri Paşayev Abbasağa, Eyvazov Süleyman, Əsəsdbəyli Rasəd qonaqlar tərəfindən mükafatlandırılmışlar.


    
Geriyə | Çap versiyası