xəbərlər

Polis Akademiyasında daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə yeni qəbul edilmiş gənc əməkdaşlar «Polis Andı» nı qəbul etdilər.

18.02.2015

 Azərbaycan Respublikası DİN-in 022-7954-1214 nömrəli 21 noyabr 2014-cü il tarixli məktubuna əsasən 2015-ci ilin yanvar ayının 05-dən fevral ayının 18-dək DİN-in Polis Akademiyasında daxili işlər orqanlarında orta rəis heyəti vəzifəsinə xidmətə yeni qəbul edilmiş gənc əməkdaşların ilkin hazırlıq kursu təşkil edilmişdir.

Təsdiq edilmiş mövzu-təqvim planına əsasən dinləyicilərə DİO-nun inzibati fəaliyyəti, DİO-da təhqiqat, döyüş və fiziki hazırlıq, DİO-da ƏAF, kriminalistika, DİO əməkdaşlarının peşə etikası , müasir informasiya texnologiyaları, insan və vətəndaş hüquqlarının, azadlıqlarının qorunması fənlər üzrə dərslər təşkil olunmuş və sonda dinləyicilər “DİO-nun inzibati fəaliyyəti” və “DİO-da təhqiqat” fənlərindən imtahan, atəş, sıra və fiziki hazırlıq fənlərindən isə məqbulları verərək kursu müvəffəqiyyətlə bitirmişlər.

18 fevral 2015-ci il tarixdə Polis Akademiyasının klubunda ilkin hazırlıq kursunu bitirmiş dinləyicilərin andiçmə mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən polis leytenantı Rafiq Qarayev Akademiyada onlar üçün yaradılmış şəraitə və dərslərin professor-müəllim heyəti tərəfindən yüksək səviyyədə aparılmasını qeyd edərək dinləyicilər adından DİN-in və Polis Akademiyasının rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda Polis Akademiyası rəisinin  xidmət və döyüş  hazırlığı üzrə müavini, polis polkovniki İlyas İsayev dinləyiciləri təbrik edərək, onlara öz tövsiyələrini bildirmişdir.
Geriyə | Çap versiyası