xəbərlər

Polis Akademiyasında “DİO-nun inzibati fəaliyyəti” kafedrasının təşkilatçılığı ilə DİN-in BDYPİ-nin nümayəndəsinin iştirakı ilə mühazirə keçirilmişdir.

13.05.2015

 7 may 2015-ci il tarixində “İnzibati məsuliyyət” fənni üzrə I tədris saatında “DİO-nun inzibati fəaliyyəti” kafedrasının təşkilatçılığı ilə tədris cədvəlinə əsasən II kursun II birləşməsində “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyət” mövzusunda BDYPİ-nin şöbə rəisi, polis polkovniki Ərəstun Məcidovun iştirakı ilə mühazirə keçirilmişdir. Mühazirənin girişində “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı, h.ü.f.d. Rafiq Nəcəfquliyev bildirdi ki, bu cür mühazirə dərsinin təşkil edilməsinin məqsədi Azərbaycan Respublikası DİN-in 5 yanvar 2013-cü il tarixli Ə1-001-13 nömrəli əmrin 8-ci və Kollegiyasının 29 noyabr 2013-cü il tarixli KQ-5/2 nömrəli Qərarının 6-cı bəndlərinin icrası ilə əlaqədar müdavimlərin nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsidir.

Mühazirənin I hissəsini tədris prosesinə dəvət edilən BDYPİ-nin şöbə rəisi, polis polkovniki Ərəstun Məcidov aparmışdır. O, mühazirə planı əsasında “Yol hərəkətinin təhlükəsizliyi və onun təşkili, habelə müvafiq qayda pozuntuları üzrə icraat” haqqında təhsilalanlara məlumatlar verdi.

Mühazirənin II hissəsi kafedranın baş müəllimi, polis polkovnik-leytenantı, h.ü.f.d. Rafiq Nəcəfquliyev tərəfindən aparılmışdır. Mühazirənin bu hissəsində yol hərəkəti qaydaları, bu sahədə törədilən hüquqpozmalar, qanunvericinin müvafiq məsuliyyət müəyyən edilməsinə dair mövqeyi haqqında nəzəri və təcrübi məlumatlar təhsilalanların diqqətinə çatdırıldı. Mühazirəçi aidiyyəti suallar üzrə müvafiq qayda pozuntuları haqqında foto və video görüntülər nümayiş etdirməklə, suallara aydınlıq gətirdi. Yekunda hər iki mühazirəçi tərəfindən təhsilalanların yol hərəkəti sahəsinə dair suallarına aidiyyəti izahlar verildi. Sonda mühazirəçi təhsilalanlar adından qonağa dərin təşəkkürünü bildirdi.
Geriyə | Çap versiyası