xəbərlər

Polis Akademiyasında “Kriminalistika” kafedrasının təşkilatçılığı və IV kurs müdavimlərinin iştirakı ilə “Korrupsiyaya qarşı mübarizənin aktual problemləri” mövzusunda elmi seminar keçirilmişdir.

14.05.2015

ARAYIŞ

 Ölkəmizdə korrupsiaya qarşı mübarizənin vahid strategiya çərçivəsində qurulması, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və  müəyyən edilmiş tədbirlərin səmərəli həyata keçirilməsi, buna şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin görülməsi  əsas prinsiplər kimi müəyyən edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tariхli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Kоrrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın daхili işlər оrqanlarında yerinə yetirilməsinə dair DIN-in  Tədbirlər Planına müvafiq 16 may 2015-ci il tarixdə “Kriminalistika” kafedrasında IV kurs müdavimlərinin iştirakı ilə  “Korrupsiyaya qarşı mübarizənin aktual problemləri” mövzusunda elmi seminar keçirilmişdir.
 
Seminarda IV kurs müdavimlərindən Seymur Xəlilzadənin, “Korrupsiya cinayətlərinin xüsusiyyətləri”, Səyyad Hacəhmədovun “Korrupsiya cinayətləri üzrə sübutların toplanılması”, Gözəl Gözəlovun  “Korrupsiya cinayətlərinin kriminalistik xarakteristikasının əsas elementləri”, Şəbnəm Rzazadənin “Korrupsiya xarakterli cinayətlərin araşdırılmasının taktiki xüsusiyyətləri”, Toğrul Əhədzadənin ”Korrupsiya cinayətləri barədə məlumat verənlərin təhlükəsizliyinin təmin edilməsi”  adlı mövzular üzrə təqdimatları olmuşdur
Mövzular ətrafında diskusiyalar olmuşdur.


“Kriminalistika” kafedrası
Geriyə | Çap versiyası