xəbərlər

DİN-in Polis Akademiyasında Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfrans keçirilmişdir.

07.05.2015

 7 may 2015-ci il tarixində DİN-in Polis Akademiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş konfrans təşkil olunub keçirilmişdir. Akademiyada artıq ənənəyə çevrilmişdir bu qəbildən olunan konfransın əvvəlində təhsil-elm müəssisəmizin rəhbərliyi və şəxsi heyəti tərəfindən Ulu öndərin abidəsi önünə tər çiçəklər qoyulmuşdur.

Ali məktəbimizin səfalı ərazisində ucaldılan möhtəşəm “Heydər Əliyev Mərkəzi”ndə keçirilən bu konfransı giriş sözü ilə akademiyanın rəisi, polis general-mayoru, h.ü.f.d., dosent Nazim Əliyev açdı. Tədbirdə  “İctimai elmlər” kafedrasının rəisi, polis polkovniki, t.ü.f.d.. dosent Teymur Əliyevin “Azərbaycan gəncliyinin və təhsilinin himayədarı” mövzusunda məruzəsi dinlənildi. Ümummilli lider Heydər Əliyevin görkəmli dövlət xadimi və siyasi lider kimi keçdiyi uzun və mənalı ömür yolu barədə film də nümayiş etdirildi.

Bu tədbirdə iştirak edən zabit və müdavlər əbədiyaşar lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərini etiramla xatırlayaraq onun haqqında ürək sözlərini söylədilər. Sonda zabit və müdavimlər konfransın keçirildiyi Mərkəzdə ümummilli liderin zəngin irsi ilə bir daha yaxından tanış olmuşlar.     
Geriyə | Çap versiyası