xəbərlər

Polis Akademiyasında Azərbaycan Respublikasının “Dövlət Bayrağı” və “Konstitusiya Günü”nə həsr olunmuş viktorina keçirilmişdir.

13.11.2015

12 noyabr 2015-ci il tarixində Polis Akademiyasında “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının “Dövlət Bayrağı” və  “Konstitusiya Günü”nə həsr edilən viktorina keçirilmişdir. Yarış 4 mərhələdən ibarət olmaqla əyani fakültənin II kursunun müdavimlərindən ibarət 4 komandanın (“FEMİDA”, “VƏTƏN”, “TURAN”, “ASLANLAR”), I, II və III kurslardan dəvət olunan müdavimlərin və eləcə də Polis Akademiyasının müəllimlərinin iştirakı ilə keçirilmişdir. Tədbirdə Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə müavini, polis polkovniki Mahir Əhmədovda iştirak etmişdir.

Birinci mərhələdə komandalar ev tapşırığı ilə çıxış etmişdilər, ikinci mərhələdə komandalara test formasında suallar, üçüncü mərhələdə açıq suallar, dördüncü mərhələdə isə hər bir komandaya blits suallar təqdim olunmuşdur.

Bundan əlavə, yarışmanın daha maraqlı və canlı keçməsi üçün mərhələlərarası fasilələrdə auditoriyaya da suallarla müraciət olunmuş və suallara düzgün cavab verən müdavimlər mükafatlandırılmışlar.

Ümumi nəticələrə görə “FEMİDA” komandası yüksək bal toplayaraq yarışmanın qalibi elan olunmuşdur.

Sonda Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə müavini, polis polkovniki Mahir Əhmədov qalib komandanı təbrik edərək öz çıxışında bu cür bilik yarışmalarının keçirilməsinin müdavimlərin hüquqi biliklər əldə etməsində xüsusi rolunu vurğulamış, gələcəkdə belə tədbirlərin digər kafedralar tərəfindən də mütəmadi keçirilməsini tövsiyə etmişdir.
Geriyə | Çap versiyası