xəbərlər

DİN-in Polis Akademiyası “DİO-nun inzibati fəaliyyəti” kafedrası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə müdavimlər üçün dərslər keçirildi.

17.12.2015

 DİN-in 5 yanvar 2013-cü il tarixli Ə1-001-13 nömrəli əmrinin 8-ci və Kollegiyasının 29 noyabr 2013-cü il tarixli KQ-5/2 nömrəli Qərarının 6-cı bəndlərinin icrası ilə əlaqədar Polis Akademiyasında müdavimlərin nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsi məqsədilə mütəmadi olaraq aidiyyəti dövlət-hakimiyyət orqanlarının və DİN-in müvafiq xidmətlərinin əməkdaşları tədris prosesinə dəvət edilir. 2015-2016-cı tədris ilində də “DİO-nun inzibati fəaliyyəti” kafedrasının tədbirlər planında bu cür dərslərin keçirilməsi nəzərdə tutulduğundan, növbəti belə dərs “İnzibati hüquq” fənni üzrə “Əhaliyə xidmət və sosial innovasiyalar sahəsində dövlət idarəetməsi” mövzusu üzrə cari ilin 17-18 dekabr tarixlərinə planlaşdırılmışdır. Həmin mövzu üzrə mühazirə dərsinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi dəvət edilmişdir.

17 dekabr 2015-ci il tarixdə DİN-in Polis Akademiyası “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı, h.ü.f.d. Rafiq Nəcəfquliyev və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agent-liyinin Təlim Sektorunun müdiri Nazənin Hüseynova 2-ci kursun birinci birləş-məsində, 18 dekabr tarixində isə həmin kursun digər birləşməsində polis pol-kovnik-leytenantı, h.ü.f.d. Rafiq Nəcəfquliyev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təlim Sektorunun müdiri Nazənin Hüsey-nova və həmin sektorun baş məsləhətçisi Anar Həsənov tərəfindən “Əhaliyə xidmət və sosial innovasiyalar sahəsində dövlət idarəetməsi” mövzusu üzrə mühazirələr oxundu.

Muhazirə dərslərində dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyalar tətbiq edilməklə həyata keçirilməsi, habelə vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi, vətəndaş məmnunluğunun təmin olunmasının sosial sifariş olması haqqında məlumatlar müdavimlərin diqqətinə çatdırıldı. Mühazirələrdə qeyd edildi ki, ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş təşəbbüslərinin dəstəklənməsi və siyasi plüralizmə əsaslanan güclü demokratik cəmiyyətin formalaşması ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətinin, görülən ardıcıl və kompleks tədbirlərin nəticəsində mümkün olmuşdur. Daha sonra vətəndaş cəmiyyətinin mövcudluq şərtləri, əsas prinsipləri və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın yeni forması kimi “Asan Xidmət” modeli barədə müdavimlərə nəzəri və təcrübi məlumatlar verildi.Mühazirə dərsində verilən məlumatlar müdavimlərin marağına səbəb oldu və mövzu ətrafında onları maraqlandıran suallara mühazirəçilər tərəfindən cavablar verildi.

Geriyə | Çap versiyası