xəbərlər

Polis Akademiyasında daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrinə mütəxəssis qismində xidmətə yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərəsimi keçirilmişdir.

02.03.2016

 2016-cı ilin yanvar ayının 18-dən mart ayının 2-dək DİN-in Polis Akademiyasında daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrinə mütəxəssis qismində xidmətə yeni qəbul edilmiş gənc əməkdaşların ilkin hazırlıq kursu təşkil edilmişdir.

Təsdiq edilmiş mövzu-təqvim planına əsasən dinləyicilərə DİO-nun inzibati fəaliyyəti, DİO-da təhqiqat, döyüş və fiziki hazırlıq, DİO-da ƏAF, kriminalistika, DİO əməkdaşlarının peşə etikası , müasir informasiya texnologiyaları, insan və vətəndaş hüquqlarının, azadlıqlarının qorunması fənlər üzrə dərslər təşkil olunmuş və sonda dinləyicilər “DİO-nun inzibati fəaliyyəti” və “Fiziki hazırlıq” fənlərindən imtahan, atəş, sıra və fiziki hazırlıq fənlərindən isə məqbulları verərək kursu müvəffəqiyyətlə bitirmişlər.

2 mart 2016-cı il tarixdə Polis Akademiyasının klubunda ilkin hazırlıq kursunu bitirmiş dinləyicilərin andiçmə mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən tibb xidməti leytenantı Həziyeva Ülviyyə Akademiyada onlar üçün yaradılmış şəraitə və dərslərin professor-müəllim heyəti tərəfindən yüksək səviyyədə aparılmasını qeyd edərək dinləyicilər adından DİN-in və Polis Akademiyasının rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda Polis Akademiyası rəisinin xidmət və döyüş hazırlığı üzrə müavini, polis polkovniki İlyas İsayev dinləyiciləri təbrik edərək, onlara öz tövsiyələrini bildirmişdir.
Geriyə | Çap versiyası