xəbərlər

Orta məktəblərdə Səbail və Xəzər RPİ ilə birlikdə “Narkomaniya sosial bəladır” mövzusunda profilaktik məzmunlu tədbir keçirilmişdir

16.03.2016

 Polis Akademiyasının “Gənclər və yetkinlik yaşına çatmayanlarla iş sektoru” və Səbail RPİ-nin əməkdaşları ilə birlikdə 03.03.2016-cı il tarixində 132-134 nömrəli Təhsil Kompleksində, 09.03.2016-cı il tarixində isə Xəzər RPİ-nin əməkdaşları ilə 206 №-li tam orta məktəbdə “Narkomaniya sosial bəladır” mövzusunda profilaktik məzmunlu tədbir keçirilmişdir.

Azərbaycan Respublikası DİN-in 05.10.2014-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti haqqında” KQ 5/1 nömrəli Kollegiya Qərarının 8-ci bəndinin icrası ilə əlaqədar həyata keçirilən tədbirlərdə Səbail və Xəzər İcra Hakimiyyətinin, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Bakı şəhər Narkoloji Dispanserinin, Polis Akademiyasının nümayəndələri, Xəzər və Səbail RPİ-nin rəhbərliyi iştirak edirdilər.

Narkomaniyanı sosial bəla kimi xarakterizə edən çıxışçılar, bu sosial-neqativ təzahürün arzuolunmaz nəticələri və qarşısının alınması yolları haqqında mülahizələrini orta məktəb şagirdləri, pedaqoji kollektiv və rayon ictimaiyyətinin diqqətinə çatdırdılar.

Tədbirin yekununda şagirdləri və ictimaiyyəti maraqlandıran suallara cavab verildi.
Geriyə | Çap versiyası