xəbərlər

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və DİN-in Polis Akademiyasının birgə təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə və tərbiyə müəssisələrində “Narkotiklər və onların zərərli nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

26.05.2016

 Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondundan daxil olan 14 may 2016-cı il tarixli 16/266 nömrəli müraciət əsasında 26 may 2016-cı il tarixində DİN-in Polis Akademiyasının Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə təşkilatçılığı əsasında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə və tərbiyə müəssisələrində “Narkotiklər və onların qanunsuz dövriyyəsi” mövzusunda maarifləndirici tədbir həyata keçirilmişdir.

Həmin tədbirdə DİN-in Polis Akademiyası “DİO-nun inzibati fəaliy¬yəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı, h.ü.f.d., Rafiq Nəcəfquliyev Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə (2013-2018-ci illər) Proqram”ın məzmunundan irəli gələrək aidiyyəti sahəvi qanunvericilik aktlarından istifadə olunmaqla məhkumlara izahedici məlumatlar verilmişdir. 
 
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Aparatının rəhbəri, h.e.d., professor İsaxan Vəliyev, sektor əməkdaşları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, habelə həkim-narkoloq da iştirak etmişlər.

Tədbirin yekununda məhkumlar və müəssisə kollektivini maraqlandıran suallar aidiyyəti üzrə cavab¬landırılmışdır.
Geriyə | Çap versiyası