xəbərlər

Polis Akademiyasının əməkdaşı karate üzrə 5-ci Avropa çempionatının qalibi olmuşdur.

26.06.2016

 24-26 iyun 2016-cı il tarixdə Ukraynanın Çerkask şəhərində karate üzrə 5-ci Avropa çempionatı keçirilmişdir. Çempionatda 25 ölkədən 800-ə yaxın idmançı medal uğrunda gərgin mübarizə aparmışlar. Həmin yarışda ölkəmizi  təmsil edən 2 dəfə Avropa və 1 dəfə dünya mükafatçısı, eləcə də dəfələrlə Azərbaycan çempionu olmuş Polis Akademiyasının “Fiziki hazırlıq” kafedrasının müəllimi, polis leytenantı Emin Əfqan oğlu Məmmədov keçirilmiş döyüşlərdə bütün rəqiblər üzərində uğurlu qələbə qazanaraq fəxri kürsünün 1-ci pilləsinə yüksəlmiş və Azərbaycan bayrağını başı üzərinə  qaldırmışdır. Çempionat keçirilən dövrdə Azərbaycanın Ukraynadakı diasporası komandamıza çox böyük mənəvi dəstək olmuş və idmançılarımıza gələcək yarışlarında uğurlar arzulamışlar.
    

Geriyə | Çap versiyası