xəbərlər

Polis Akademiyasında 2015/2016-cı tədris ilinin buraxılış mərasimi təntənəli surətdə qeyd edilmişdir.

01.07.2016

Tədbirə Daxili İşlər Nazirliyinin rəhbərliyi, həmçinin məzunların valideynləri dəvət edilmişlər.
Mərasimdə Daxili İşlər Naziri general-polkovnik cənab Ramil Usubov mərasim iştirakçıları qarşısında geniş nitqlə çıxış etmişdir.
Əvvəlcə «Qarşılama marşı»nın sədaları altında daxili işlər nazirinin qarşılanma mərasimi olmuşdur. Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev şəxsi heyətin təntənəli tədbirə hazır olması barədə general-polkovnik Ramil Usubova məruzə etmişdir.
Daxili İşlər Naziri general-polkovnik cənab Ramil Usubov təntənəli keçid üçün Polis Akademiyasının sıra meydanına düzülmüş zabit və müdavim heyətini əlamətdar hadisə münasibətilə təbrik etdikdən sonra təntənəli mərasimin proqramına uyğun olaraq Ümummili lider Heydər Əliyevin, həmçinin şəhidlərimizin və xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş həmkarlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sükutdan sonra Azərbaycan Respublikasının dövlət himni səslənmiş və tədbir açıq elan olunmuşdur.    
  
Daxili işlər naziri general-polkovnik cənab Ramil Usubov 2015/2016-cı tədris ilinin buraxılışı münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırmışdır.
Daxili İşlər Naziri Polis Akademiyasının məzunları Şəhriyar Abuzərli, Mətin Qulubəyli, Zöhrab Quliyev, Gözəl Gözəlov və Natiq Şahverdiyevə təhsili əla qiymətlərlə başa vurduqlarına görə fərqlənmə diplomları təqdim etmişdir. Sonra Orxan Mirzəyev rəmzi xatirə lövhəsini «Yaş kötüyü»nə vuraraq məzun yoldaşları adından and içmişdir. Daha sonra Akademiyanın döyüş bayrağı IV kurs müdavimlərinə təhvil verilmiş, şəxşi heyət tərəfindən «Azərbaycan polisi marşı» ifa edilmişdir.
Mərasimin video və fotoçəkilişi aparılmış, mərasim haqqında materiallar ayrı-ayrı kütləvi informasiya vasitələrində, eləcə də telekanallarda işıqlandırılmışdır.

 
 
                                             
Geriyə | Çap versiyası