xəbərlər

Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimi keçirilmişdir.

28.07.2016

 2016-cı il avqust ayının 5-21 tarixlərində Braziliyanın Rio-De-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimi keçirilmidir. Rəsmi yolasalma mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak etmiş və dövlətimizin başçısı mərasimdə nitq söyləmişdir.

Prezident İlham Əliyev avqustun 5-də Braziliyanın Rio-de-Janeyro şəhərində başlayacaq XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil edəcəklərinə əminliyini vurğuladı. Yay Olimpiya Oyunlarında Azərbaycanın 56 idmançı ilə təmsil olunacağını deyən dövlətimizin başçısı budəfəki Oyunlara 57 lisenziyanın qazanıldığını diqqətə çatdırdı. Ötən dövrdə idmançılarımızın beynəlxalq yarışlarda yüksək səviyyədə iştirak etdiyini, Olimpiya Oyunlarında uğurlu nəticələr qazandığını deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan idman dövlətidir və ölkəmizdə idmanın inkişafı ilə bağlı məqsədyönlü siyasət aparılır.

Azərbaycan Prezidenti bu il Bakıda Dünya Şahmat Olimpiadası, gələn il isə IV İslam Həmrəylik Oyunları keçiriləcəyi vurğulararaq dünya miqyasında ölkəmizin nüfuzu getdikcə artırmasını, 25 illik müstəqilliyi dövründə Azərbaycanın böyük yol keçiərək,  inkişaf edən ölkəyə çevrildiyini bildirdi.
Prezident İlham Əliyev dedi ki, “Ancaq güclü dövlətlərdə güclü idman olur və Azərbaycan idmanının inkişafı ümumi inkişafımızın təzahürüdür”, - deyən Prezident İlham Əliyev bütün idman yarışlarının bir sınaq olduğunu qeyd etdi. Vurğuladı ki, ən əsası bu sınaqdan üzüağ çıxmaqdır. Çünki bütün xalqımız idmançılarımızdan qələbə gözləyir.

Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimində London-2012 XXX Yay Olimpiya Oyunlarında ən yaxşı hakim adına layiq görülmüş və “Qızıl fit” mükafatı ilə təltif edilmiş, Yay Olimpiya 3 dəfə güləş üzrə hakimlik etmiş, dəfələrlə ölkə başçısı tərəfindən müxtəlif mükafatlara layiq görülmüş DİN-in Polis Akademiyasının müəllimi, polis polkovnik-leytenantı Hicran Şərifov tədbirdə iştirak etmişdir.


Geriyə | Çap versiyası