xəbərlər

Azərbaycan Milli Еlmlər Akadеmiyasında “II Azərbaycan Elm Festivalı” kеçirilmişdir

01.11.2016

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi, Moskva Dövlət Universiteti və UNESCO-nun təşkilati dəstəyi ilə 31 oktyabr 2016-cü il tarixdə II Azərbaycan Elm Festivalı öz işinə başlamışdır.

AMEA-nın Əsas binasında təşkil olunmuş tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə festivalın ölkəmiz və elmimiz üçün mühüm əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün həm elmimiz, həmdə AMEA-nın böyük bayramıdır. II Azərbaycan Elm Festivalının ümumilikdə dövlət, cəmiyyət qarşısında böyük hesabat olduğunu deyən akademik Akif Əlizadə qeyd edib ki, elmin populyarlaşdırılmasında bu festivalın rolu danılmazdır. Festivalın açılışında DİN-in Polis Akademiyasının rəisi, polis gеnеral-mayoru Nazim Əliyev, müəllim və kursantlar da iştirak etmişdir

“II Azərbaycan Elm Festivalı”nın keçirilməsi ilə əlaqədar Azərbaycan Milli Еlmlər Akademiyasının Mərkəzi Kitabxana İnformasiya Mərkəzində 40-dan çox universitetlər, institutlar, akademiyalar və digər еlm müəssisələri iştirak etdilər. Sərgidə Polis Akademiyası professor və müəllim heyətinin hazırladıqları dərsliklər, dərs vəsaitləri və digər didaktik materiallardan, akademiyanın həyatını əks etdirən foto və vidеoroliklərdən, həmçinin tədris prosesində istifadə edilən elmi-texniki vasitələrdən, əl-barmaq izlərinin köçürülməsi üçün skaner, müxtəlif növ maddi sübutların aşkar edilməsi və götürülməsi üçün kriminalistik-texniki vasitələrdən ibarət guşə təşkil olunmuşdu.
Sərgiyə gələn alimlər, tələbələr və digər qonaqlar Polis Akademiyasının təşkil etdiyi guşəyə böyük maraq göstərdilər. Festivalda DİN-in Polis Akademiyasının kursantlardan ibarət özfəaliyyət kollektivinin çıxışları oldu. 

Bu çıxışlar qonaqlar tərəfindən maraqla dinlənildi və alqışlarla qarşılandı.
II Azərbaycan Elm Festivalı”nın proqramına uyğun olaraq, DIN-in Polis Akademiyasının “Kriminalistika” kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Allahverdi Mahmudovun “Narkotiklərlə bağlı cinayətlərin bəzi xüsusiyyətləri”, “Daxili işlər orqanlarının inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru Rafiq Nəcəfquluyevin, “Virtual aləm anlayışı və burada törədilən bəzi hüquqpozmaların qarşısının alınması haqqında”, “Daxili işlər orqanlarının inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurovun “Yetkinlik yaşına çatmayanların kriminal davranışlarının əsas səbəbləri və profilaktikası” mövzularında çıxışları olmuş və auditoriya tərəfindən maraqla dinlənilmişdir.


 
Geriyə | Çap versiyası