xəbərlər

“Müstəqil Dövlətlər Birliyi”nin iştirakçısı olan dövlətlərin daxili işlər nazirləri Şurası nəzdində Elmi-Məşvərət Şurasının Rusiya Federasiyasının Moskva şəhərində növbəti iclası keçirilmişdir

06.11.2016

Müstəqil  Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində “Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büro”nun direktoru, polis general-leytenantı cənab O. F. Konovalovun ünvanlandığı 12.07.2016-ci il tarixli 78/1571 nömrəli məktubuna əsasən MDB dövlətlərinin daxili işlər nazirlərinin Şurası nəzdində Elmi-Məşvərət Şurasının növbəti  iclasında Azərbaycan Respublikası  DİN-in həmin qurumda nümayəndəsi, Polis Akademiyasının   “DİO-nun inzibati fəaliyyət kafedrası”nın baş müəllimi, polis polkovnik-leytenantı,  hüquq üzrə fəlsəfə doktoru Şükürov Şahin Teyyub oğlu iştirak etmişdir.


MDB-in iştirakçısı olan dövlətlərin daxili işlər nazirlərinin Şurası nəzdində Elmi-Məşvərət Şurasının növbəti iclası 27 oktyabr 2016-ci il tarixində Rusiya Federasiyası Moskva şəhərində DİN-in “Ümumrusiya Elmi-Tədqiqat İnstitutu”nun bazasında keçirilmişdir. Elmi-Məşvərət Şurasının növbəti iclasında mənimlə bərabər MDB-in daxili işlər orqanlarının digər nümayəndələri, “Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə əlaqələndirməsi üzrə Büro”nun, Rusiya Federasiyası  DİN-in “Ümumrusiya Elmi-Tədqiqat İnstitutu”nun rəhbər heyəti və aparıcı alimləri iştirak etmişdirlər.

Elmi-Məşvərət Ş urasında Azərbaycan Respublikası DİN-in nümayəndəsi, Polis Akademiyasının “DİO-nun inzibati fəaliyyət kafedrası”nın baş müəllimi, polis polkovnik-leytenantı,  hüquq üzrə fəlsəfə doktoru Şükürov Şahin Teyyub oğlu “Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büro”nun direktoru, polis general-leytenantı O. F. Konovalov tərəfindən cinayətkarlığa qarşı mübarizədə və dövlətlərarası əməkdaşlıga görə xüsusi nişanla, MDB-in iştirakçısı olan dövlətlərin daxili işlər nazirlərinin Şurası nəzdində Elmi-Məşvərət Şurasının sədri polis general-mayoru A.A. Makorin tərəfindən Rusiya Federasiyası  DİN-in “Ümumrusiya Elmi-Tədqiqat İnstitutu”nun 70 illiyi ilə əlaqədar yadigar döş nişanı ilə təltif olunmuşdur. Həmin gün, 27 oktyabr 2016-ci il tarixində Elmi-Məşvərət Şurasının növbəti iclası öz işini bitirmişdir.
  
Geriyə | Çap versiyası