xəbərlər

“DİO-nun inzibati fəaliyyəti” kafedrasının təşkilatçılığı ilə “DİO-da idarəetmənin təşkili” tədris qrupunun dinləyiciləri üçün müştərək mühazirə oxunmuşdur

07.11.2016

Azərbaycan Respublikası DİN-in 5 yanvar 2013-cü il tarixli Ə1-001-13 nömrəli əmrin 8-ci və Kollegiyasının 29 noyabr 2013-cü il tarixli KQ-5/2 nömrəli Qərarının 6-cı bəndlərinin icrası ilə əlaqədar təhsilalanların nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsi məqsədilə “DİO-da idarəetmənin təşkili” tədris qrupunun dinləyiciləri üçün 07 noyabr 2016-cı il tarixində “DİO-nun fəaliyyətinin inzibati-hüquqi tənzimlənməsi” fənnindən “Daxili işlər sahə­sində dövlət idarə­­etməsi” mövzusunda müştərək mühazirə oxun­muş­dur. Mühazirə “DİO-da idarəetmənin təşkili və ixtisasartırma fakültə”sinin rəisi, polis polkovniki Bağban Həsənovun nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsi məqsədilə “DİO-nun inzibati fəaliyyəti” kafedrasının planlaşdırdığı müştərək mühazirəyə DİN-in Bakı şəhər Baş Polis İdarəsi İctimai Təhlü­kəsizlik İdarəsindən Profilaktik işin təşkili şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fuad Qocayevin dəvət edilməsi barədə məlumatların verilməsi ilə başlandı. “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı, h.ü.f.d., Rafiq Nəcəf­quliyev mühazirə mövzusunu və onun planını qeyd etməklə, sualların açıqlanmasına keçid etdi. Mövzu üzrə veriləcək nəzəri məlumatların təhsilalanlar tərəfindən yaxşı mənim­sənilməsi məqsədilə mühazirəçi tərəfindən plan üzrə verilən məlumatlarda foto və video görüntülərdən istifadə olundu.

Yekunda təhsilalanları maraqlandıran suallar mühazirəçilər tərəfindən cavablandırıldı.



Geriyə | Çap versiyası