xəbərlər

Almaniya Federativ Respublikasında Şərq tərəfdaşlığı çərçivəsində “Polis əməkdaşlığı proqramı” üzrə seminar-treninq keçirilmişdir

02.12.2016

 “DİO-nun inzibati fəaliyyəti” kafedrasının dosenti, h.ü.f.d., polis polkovnik-leytenantı Rafiq Nəcəfquliyev 24-25 noyabr 2016-cı il tarixində Almaniya Federativ Respublikasının Frankfurt-na-Mayne şəhərində Avropa İttifaqının Şərq tərəfdaşlığı çərçivəsində “Polis əməkdaşlığı proqramı” mövzusunda keçirilən seminar-treninqdə iştirak etmişdir. Avropa İttifaqının Şərq tərəfdaşlığı çərçivəsində “Polis əməkdaşlığı proqramı” mövzusunda seminar-treninqə dəvət edilən dövlətlər sırasında Azərbaycan Respublikası ilə yanaşı, Ukrayna Respublikası, Gürcüstan Respublikası, Moldova Respublikası və Ermənistan Respublikasının nüma¬yəndə heyətləri iştirak etmişdir.
Seminar-treninq struktur baxımdan iki hissədən təşkil olunmuşdur. Birinci hissədə Almaniya Federativ Respublikası ekspertlərinin məruzələri ətrafında diskussiyalar keçirilmişdir. Daha sonra ikinci hissədə nümayəndə heyətlərinin aidiyyəti təqdimatları təşkil edilmişdir. Həmin hissə daxilində müzakirələr prosesində ekspertlər tərəfindən polis təhsili, peşəkar kadr¬¬ların hazırlanmasına verilən tələblər, nəzəri biliklərin təcrübə ilə əlaqə¬lən¬¬dirilməsi, habelə təcrübi əməkdaşların biliyinin artırılması yönümündə verilən suallara “DİO-nun inzibati fəaliyyəti” kafedrasının dosenti, h.ü.f.d., polis polkovnik-leytenantı Rafiq Nəcəfquliyev müvafiq izahlarla cavab vermişdir. O, məruzəsində bildirmişdir ki, Azərbaycan Respublikası DİN-in Polis Akade-miyası MDB məkanında yeganə xüsusi ali təhsil müəssisədir ki, ali təhsilin yekununa dair verilən hüquqşünaslıq ixtisası üzrə diplomlar “Bolonya bəyan-namə”sinin tələblərinə tam uyğundur və aidiyyəti mülki hüquqşünaslıq ixtisası kataloquna cavab verməklə, inteqrasiya oluna bilir.

Tədbirin ikinci günündə seminar-treninqdən sonra təşkilatçıların dəvəti əsasında Frankfurt-na-Mayne şəhərində yerləşən “Kriminal Polis Müzeyi”nə ekskursiya keçirilmişdir. Muzeydə iştirakçılara torpaq və federal polisin fəaliyyətinə dair foto və şifahi məlumatlar verilmişdir. Ekskursiya zamanı torpaq və federal polisin istifadəsində olmuş, cari dövrdə istifadə etdiyi və cinayətlərin törədilməsinə istifadə edilən odlu və soyuq silahlar, eləcə də sübut əhəmiyyətli obyektlər və predmetlər nümayiş etdirilmişdir.

Geriyə | Çap versiyası