xəbərlər

Azərbaycanda miqrasiya siyasəti: nailiyyətlər və inkişaf perspektivləri” mövzusu üzrə Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirildi

21.02.2017

 17 fevral 2017-ci ilin tarixində Dövlət Miqrasiya Xidmətinin yara-dılmasının 10 illik yubileyi münasibətilə Dövlət Miqrasiya Xidməti və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanda miq¬rasiya siyasəti: nailiyyətlər və inkişaf perspektivləri” mövzusu üzrə Bakı şəhərində elmi-praktik konfrans keçirildi. Konfransın məqsədi dövlətin miqrasiya siyasəti sahəsində həyata keçirilən tədbirlərin və aparılan işlərin cəmiyyətdə daha geniş təbliğ olunması, miqrasiya sahəsi üzrə aktual mövzuların ictimaiy¬yətin diqqətinə çatdırılması və həmin mövzularda tədqiqat və araşdırma işlərinin aparılmasına elm sahəsində fəaliyyət göstərən insanların cəlb edilməsi, həmçinin onların apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsinin təşkil edilməsidir.

Konfransda “Ekstremizm və separatizm məcburi miqrasiyanı şərtləndirən sosial təhlükələrdən biri kimi” mövzusu ilə “DİO-nun inzibati fəaliyyəti” kafedrasının  dosenti, polis polkovnik-leytenantı, h.ü.f.d., Rafiq Nəcəfquliyev çıxış etmişdir. Məruzəçi konfrans iştirakçılarına “Təhlükəsizlik mühiti anlayışı və ona təhdidlər, miqrasiya axınları və onların formaları, habelə məcburi miqrasiyanı şərtlən¬dirən sosial təhlükələr” haqqında milli və beynəlxalq hüquqi tənzimləməyə dair nəzəri və təcrübi məlumatları şərh etmişdir. Konfrans iştirakçılarının diqqətinə çatdırıldı ki, cəmiyyətimiz yalnız erməni ekstremizmindən deyil, həm də ölkəmizin işğal olunan ərazilərində siyasi idarəçiliyi sanki müstəqil həyata keçirmək istəyi forma¬sında olan erməni separatizmindən də əziyyət çəkir. Məruzənin yekununda qeyd edilmişdir ki, cəmiyyətimiz üçün narahatçılıq yarada biləcək risklərin aşkar edilməsi və qabaqlanması üçün onların məhz elmi cəhətdən təhlili aparıl¬maqla öyrənilməsinin, habelə qabaqlanması sahə¬sində zəruri sayı¬lacaq təşkilati, sosial, siyasi və hüquqi tədbirlərin analitik təhlilin aparılması yolu ilə hazırlanmasını məqsədəuyğun hesab edirik.
Məruzənin sonunda konfrans iştirakçılarının aidiyyəti suallarına cavablar verilmişdir.

Geriyə | Çap versiyası