xəbərlər

Onlar vətənə sədaqət andını qəbul etdilər.

01.03.2017

 Azərbaycan Respublikası DİN-in müvafiq əmrinə əsaən 2017-ci ilin yanvar ayının 16-dan mart ayının 01-dək DİO-ya orta rəis heyəti vəzifələrinə xidmətə qəbul olumuş 25 əməkdaşla “İlkin hazırlıq” kursu təşkil olunmuşdur. Kursun nəticələrinə əsasən 01 mart 2017-ci il tarixdə dinləyicilərlə “Andiçmə” mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən polis leytenantı Hilal Allahverdiyev Akademiyada təhsil aldıqları müddət ərzində onlara yaradılmış imkanlardan məmnun olduqlarını qeyd edərək, polisin xidmət sahələrini tənzimləyən fənlər üzrə keçirilən dərslərdə peşəkar müəllimlər tərəfindən onlara öyrədilmiş bacarıq və vərdişlərin gələcək fəaliyyətlərində daim tətbiq edəcəklərini bidirdi.

 “Andiçmə” mərasimindən sonra keçirilən rəisyanı iclasda iştirak edən DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru  Nazim Əliyev gənc əməkdaşları bir daha təbrik etdi, gələcək xidmətlərində yüksək nailiyyətlər arzulamaqla, DİN rəhbərliyinin tövsiyələrini onların nəzərlərinə çatdırdı.
Sonda kursu müvəffəqiyyətlə bitirmiş əməkdaşlara müvafiq sertifikatlar təqdim olundu.
Geriyə | Çap versiyası