xəbərlər

I kurs kursantları “Polis Andı”nı qəbul etdilər.

13.09.2017

 13.09.2017-ci il tarixdə əvvəllər daxili işlər orqanlarında xidmət etməmiş Polis Akademiyasının əyani təhsil üzrə 150 nəfər I kurs kursantının Polis Akademiyasında Ulu Öndər Heydər Əliyevin abidəsi önündə «Polis Andı»nı qəbul etmələri ilə əlaqədar təntənəli mərasim keçirilmişdir. Tədbir Akademiyanın rəis müavini, polis polkovniki İlyas İsayevin Akademiya rəisi, polis  general-mayoru Nazim Əliyevə şəxsi heyətin mərasim üçün düzülməsi barədə məruzəsi ilə başlandı.

Akademiya rəisi, polis general-mayoru Nazim Əliyev şəxsi heyəti salamladıqdan sonra Daxili Qoşunların nümunəvi-göstərici orkestrinin müşayiəti ilə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü   uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Dövlət Himni səsləndirilmişdir.

I kurs kursan tları ümumi sıradan çıxaraq müəyyən edilmiş yerlərini tutduqdan sonra kursant Xəqani Şükürlü «Polis Andı»nın mətnini ucadan oxumuş, digər kursantlar andın sözlərini təkrarlamışlar. Mərasimdə I kurs kursantı Rəhimov Nihad Vaqif oğlu çıxış edərək bu möhtəşəm gün münasibətilə kurs yoldaşlarını təbrik etmişdir.
Mərasimin sonunda Akademiya rəisi, polis general-mayoru Nazim Əliyev çıxış edərək kursantlara öz tövsiyyələrini çatdırdı və valideynlərini təbrik etdi.
Daxili Qoşunların nümunəvi-göstərici orkestrinin müşayiəti ilə «Polis Akademiyasının marşı» səsləndirilmiş və şəxsi heyətin təntənəli marşla keçidi ilə mərasim başa çatmışdır.


Geriyə | Çap versiyası