xəbərlər

Polis Akademiyasının əyani təhsil üzrə V kursunun şəxsi heyəti ilə DİN DQ-nin Xızı rayonunda yerləşən təlim mərkəzində “Xüsusi taktiki hazırlıq” fənni üzrə səhra təlim məşğələləri keçirilmişdir

10.11.2017

 Polis Akademiyasının 2017-2018-ci tədris ilinin I semestrinin dərs cədvəlinə əsasən 30 oktyabr - 04 noyabradək əyani təhsil üzrə V kurs kursantlarının döyüş və fiziki hazırlıq, intellektual və ümumi bilik səviyyəsinin yüksəldilməsi, eyni zamanda, ekstremal vəziyyətlərdə silahın və xüsusi vasitələrin tətbiqində və istifadəsində sabit vərdişlərə yiyələnməsi, onlarda yüksək psixoloji dayanıqlığın və peşə sayıqlığının formalaşması və möhkəmlənməsi məqsədilə təlim məşğələləri təşkil olunmuşdur. Hərbi kafedrada tədris olunan “Xüsusi taktiki hazırlıq” fənni üzrə “Kütləvi iğtişaşların qarşısının alınması” və “Müxtəlif şəraitlərdə silahlı cinayətkarların zərərsizləşdirilməsi” mövzu sunda xüsusi əməliyyatların təşkili və keçirilməsi, eləcə də atıcılıq üzrə tapança və avtomatlardan təlim tapşırıqları keçirilmişdir. Səhra təliminin dərs cədvəlinə uyğun olaraq təlim mərkəzinin atış meydanında 9-mm Makarov, 9x19 mm Zəfər-K tapançalarından və 7,62 mm Kalaşnikov avtomatından çöl şəraitində müxtəlif formalarda ayaq üstə, diz üstə və uzanaraq eyni zamanda silahlı cinayətkarların tutulması üzrə xüsusi əməliyyatlar təşkil olunaraq keçirilmişdir.
Geriyə | Çap versiyası