xəbərlər

Kursantlar respublika səviyyəli tədbirlərdə

24.11.2017

 Əyani təhsil üzrə I kurs kursantı Əliyeva Ayişə Əhməd qızı noyabrin 20-də Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, liderlik keyfiyyətlərinə sahib 6-18 yaş arasında 380 uşağın dəvət aldığı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə Bakıda təşkil edilmiş Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda iştirak edib.

Forumun məqsədi uşaq hüquqlarının qorunması və təbliği, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, qanunvericilikdə, proqram və layihələrin hazırlanması və həyata keçirilməsində uşaqların fikirlərinin nəzərə alınması və onların maraqlarının qorunması, uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanının yaradılması, dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin, eləcə də kütləvi informasiya vasitələrinin diqqətinin uşaqların hüquq və azadlıqlarının qorunması və təmin edilməsinin zəruriliyinə cəlb edilməsidir.

Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, Daxili işlər nazirinin müavini Oruc Zalov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Səhiyyə nazirinin müavini Elsevər Ağayev, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Türkiyə Respublikasının ailə və sosial siyasət nazirinin müavini Mehmet Karabay, Bolqarıstanın Uşaqların Müdafiəsi üzrə Dövlət Agentliyinin sədr müavini Valentin Dimitrov və digər qonaqlar iştirak etmişdir.


Geriyə | Çap versiyası