xəbərlər

“Dünya Аzərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” bayramı münasibətilə Polis Akademiyasında tədbir keçirilmişdir

30.12.2017

28 dekabr 2017-ci il tarixdə DİN-in Polis Akademiyasının şəxsi heyəti ilə “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” bayramı qeyd edilmişdir. “Dünya Azərbaycanlılarının Həmrəylik günü”nün yaranma tarixi, mahiyyəti, xalqın birliyinin formalaşmasında Ümummilli Lider Heydər Əliyev, onun siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən atılan uğurlu addımlar barədə kursantlar məlumatlandırılmış, fərqlənmiş kursantlar Akademiya rəisinin əmri ilə həvəsləndirilmişlər. Tədbirə Xəzər rayon Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli tam orta məktəbin şagirdləri, Suraxanı rayon Qaraçuxur qəsəbəsində yerləşən Q.Abbasov adına Mədəniyyət Sarayının yaradıcı kollektivi dəvət olunmuş və şagirdlər “Heydər Əliyev” mərkəzi ilə, kitabxana, sinif otaqları ilə tanış olmuşlar. Mərkəzdə Ümummilli Liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar və fotoşəkillər nümayiş etdirilib, sonra Polis Akademiyasının bədii-özfəaliyyət dərnəyinin hazırladığı konsert proqramı ilə davam etdirilmişdir.Polis Akademiyasının heyəti tərəfindən uşaqlara hədiyyələr verildi. Sonda xatirə şəkilləri çəkildi. Tədbir kursantlarda böyük marağa səbəb olmuşdur.
 
Geriyə | Çap versiyası