xəbərlər

DİN-in Polis Akademiyasında ”8 mart – Beynəlxalq Qadınlar günü” qeyd edildi.

13.03.2018

 07.03.2018-ci il tarixdə DİN-in Polis Akademiyasında “8 mart – Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Akademiyanın rəisi, polis general-mayoru cənab Nazim Əliyev açıq elan etdikdən sonra Akademiyanın şəxsi heyətinə daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubovun “8 mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə daxili işlər orqanları qadın əməkdaşlarına və mülki işçilərinə bayram təbriki çatdırıldı. Bundan sonra daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubovun və Akademiyanın rəisi, polis general-mayoru cənab Nazim Əliyevin imzaladıqları mükafat əmrləri oxundu. DİN-in əmri ilə Polis Akademiyasının Xüsusi kitabxanasının rəisi, polis mayoru Elmira Mehdiyevaya mükafat qaydasında “Polis polkovnik-leytenantı” xüsusi rütbəsi, 1 nəfər qadın əməkdaşa “Əla xidmətlərə görə” döş nişanı, 2 əməkdaşa “Fəxri fərman”, 1 əməkdaşa “Təşəkkür”, 3 əməkdaşa isə pul mükafatları verilmişdir. Həvəsləndirilən xüsusi rütbə daşıyan qadın polis əməkdaşlara, kursant qızlara, həmçinin Akademiyada çalışan mülki işçilərə Akademiyanın rəisi cənab Nazim Əliyev tərəfindən mükafatlar təqdim olundu.

Respublikanın ictimai həyatında, dövlət idarəçiliyində qadınların rolunun daha da artırılması məqsədilə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəbul etdikləri qərarların onları cəmiyyətin aparıcı üzvünə çevirməsi, “8 mart – Beynəlxalq Qadınlar Günü”nün tarixi, dövlət tərəfindən qadınlara göstərilən qayğı barədə tədbir iştirakçılarına məlumat verilmişdir. Polis Akademiyasının şəxsi heyəti üçün rahat iş şəraitinin yaradılması, təmizlik işlərinin aparılması, keyfiyyətli və təamlı yeməklərin hazırlanması, sağlamlığın qorunması, tədris prosesi və xidmət sahəsində çalışan qadınların rolunun əvəzsiz olması xüsusi vurğulanmışdır.
Tədbirin rəsmi hissəsinin sonunda Akademiyanın rəisi cənab Nazim Əliyev qadın əməkdaşları və işçiləri bir daha təbrik etmiş, onlara uzun ömür, ailə səadəti və peşələrində uğurlar arzulamışdır. Bundan sonra tədbirin bədii hissəsi başlamış və tədbir Akademiyanın özfəliyyət kollektivinin çıxışı ilə davam etdirilmişdir. Sonda qadın polis əməkdaşlara, kursant qızlara, həmçinin Akademiyada çalışan mülki işçilərə qiymətli hədiyyələr və gül dəstələri təqdim olunmuşdur.

Geriyə | Çap versiyası