xəbərlər

DİN-in Polis Akademiyasında Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş slayd müasbiqəsi keçirilmişdir

12.05.2018

 Azərbaycan Respublikasının qurucusu olan Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Polis Akademiyası rəisinin əmrinə müvafiq olaraq 08.05.2018-ci il tarixdə slayd müasbiqəsi keçirilmişdir.
Daxili işlər orqanları üçün müasir informasya texnologiyaları sahəsində biliklərə yiyələnmiş peşəkar kadrların hazırlanması, eləcə də kursantların tədrisdə əldə etdikləri nəzəri biliklərin möhkəmləndirilməsi, gələcək xidməti vəzifələrinin müvəffəqiyyətlə icrası istiqamətində peşə vərdişlərinin yüksəldilməsi, vətənə, dövlətə, milli dəyərlərimizə məhəbbət hisslərinin aşılanması məqsədi ilə təşkil olunan müsabiqəyə 1-ci kurs kursantları cəlb olunmuşlar.
Müsabiqənin yekun mərhələsinə çıxarılmış 12 təqdimat slaydından 3 kursantın işi komissiya üzvlərinin qərarına müvafiq olaraq qalib elan olunmuşdur. Komissiya üzvlərinin səs çoxluğu ilə 1-ci kursun 1-ci taqım kursantı Şəfiyev Şaiq 1-ci yerə, 6-cı taqım kursantı Rəhimov Nihad 2-ci yerə, 3-cü taqım kursantı Xudaverdiyev Təbriz 3-cü yerə layiq görülmüşlər.


Geriyə | Çap versiyası