xəbərlər

Polis Akademiyasında “15 iyun - Milli Qurtuluş günü” qeyd edildi

14.06.2018

 XX əsrin sonu Azərbaycan tarixində faciələrlə və böyük iqtisadi, siyasi uğurlarla yadda qalmışdır. 1993-cü ilin iyun ayında xalqımız zamanın daha bir ağır sınağı ilə - Azərbaycan Respublikası və xalqımız milli varlığının, dövlətçiliyinin məhv olma təh lükəsi ilə qarşılaşmışdır. Azərbaycan Respublikasının müstəqilliyi üçün ağır sınaqlar dövründə xalq bütün ümidlərini bağladığı şəxsiyyətə - Ulu Öndər Heydər Əliyevə hərtərəfli dəstək verdi. Vətənimizin suverenliyinin möhkəmləndirilməsində, qardaş qanının axıdılmasının qarşısının alınmasında ona üz tutdu. 1993-cü il 15 iyun tarixində Ümummilli liderin siyasi arenaya dövlət başçısı kimi dönüşü “Milli qurtuluş” tariximizin əsasını qoydu. Bundan sonra əldə etdiyimiz bütün uğurlar tarixə qızıl hərflərlə yazılmış təntənəli bir günün məntiqi nəticəsidir.
“15 iyun - Milli Qurtuluş günü” ilə əlaqədar 12 iyun 2018-ci il tarixdə Akademiyanın kiçik sıra meydanında daimi və dəyişən heyətin iştirakı ilə tədbir keçirilmişdir. Bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan, onun müstəqilliyi yolunda fədakarlıq göstərən Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev tədbiri giriş sözü ilə açıq elan edərək Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində və müasir Azərbaycan dövlətinin yaşadılmasında müstəsna rolu barədə ətraflı çıxış etmişdir.
Tədbirdə Qaraçuxur qəsəbəsində yerləşən Q.Abbasov adına Mədəniyyət Sarayının yaradıcı kollektivinin iştirakı ilə maraqlı konsert proqramı nümayiş etdirilmiş, milli rəqslər ifa edilmişdir. Tədbirə həmçinin valideyin himayəsindən məhrum olan Səhiyyə Nazirliyinin tabeçiliyində olan 5 nömrəli uşaq evinin uşaqları dəvət edilmişdir. Sonda dəvət olunmuş qonaqlara və məktəblilərə hədiyyələr təqdim edilmişdir.
   
Geriyə | Çap versiyası