xəbərlər

15 sentyabr 2014-cü il tarixdə DİN-in Polis Akademiyasında yeni tədris ilinə start verildi.

15.09.2014

15 sentyabr 2014-cü il tarixdə Polis Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar ümumakademik toplantı keçirilmişdir.

Toplantıda çıxış edən DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev kollektivi yeni tədris ilinin başlanması ilə əlaqədar təbrik edərək ötən tədris ilindəki nailiyyətləri və yeni tədris ilində qarşıda duran vəzifələri daimi və dəyişkən heyətin nəzərinə çatdırdı.

Bundan sonra cənab Nazim Əliyev tədrisdə və idmanda fərqləndiklərinə görə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə təltif olunmuş 9 nəfər müdavimə “Əlaçı müdavim”, 4 nəfər müdavimə isə “idmançı müdavim” döş nişanı təqdim etdi. Toplantı marş sədaları altında şəxsi heyətin təntənəli keçidi ilə başa çatdı.

 

Geriyə | Çap versiyası