xəbərlər

«ƏAF haqqında» Qanunun cinayətkarlığa qarşı mübarizə

28.11.2008

«ƏAF haqqında» Qanunun cinayətkarlığa qarşı mübarizədə tətbiq edilməsi sahəsində mövcud olan problemlər və onların həlli yolları mövzusunda dəyirmi masa keçirilmişdir.

28 noyabr 2008-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının «DİO-nun əməliyyat-axtarış fəaliyyəti» kafedrası tərəfindən IV və V kurs müdavimləri, ixtisas və digər kafedraların professor və müəllim heyətinin iştirakı ilə Polis Akademiyası rəisinin 229 nömrəli 20 noyabr tarixli əmrinə müvafiq olaraq «ƏAF haqqında» Qanunun cinayətkarlığa qarşı mübarizədə tətbiq edilməsi sahəsində mövcud olan problemlər və onların həlli yolları» mövzusunda dəyirmi masa keçirilmişdir.

Dəyirmi masanın keçirilməsinin məqsədi IV və V kurs müdavimlərinin aldıqları nəzəri biliklərin səviyyəsinin yüksəldilməsi və peşə vərdişlərinin möhkəmləndirilməsi, vətəndaşların konstitusion hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı öz gələcək xidməti vəzifələrinin çətinlik çəkmədən müvəffəqiyyətlə həyata keçirilməsindən və bu istiqamətdə elmi araşdırmalar aparmaq vərdiş və bacarıqlarının aşılanmasından ibarətdir.

Dəyirmi masada əməliyyat-axtarış fəaliyyətinin subyektləri, onların səlahiyyətləri və bu istiqamətdə mövcud olan problemlər, əməliyyat-axtarış tədbirləri və əməliyyat-axtarış fəaliyyətinin metodları arasında qarşılıqlı əlaqənin elmi-nəzəri və hüquqi aspektləri, əməliyyat-axtarış tədbirlərinin nəticəsindən cinayət prosesində istifadə edilməsində mövcud olan problemlər və s. kimi suallar müzakirəyə çıxarılmışdır.
Geriyə | Çap versiyası