xəbərlər

Polis Akademiyasında Gənclər günü qeyd edildi

30.01.2009

Polis Akademiyasında Gənclər günü qeyd edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: «Son illər Azərbaycan iqtisadiyyatının dinamik yüksəlişi ölkənin mədəni-intellektual və sosial-iqtisadi potensialından, eləcə də ictimai-siyasi qüvvələrdən səmərəli istifadə olunmasını tələb edir. Bütün bunlar iqtisadiyyatın, mədəniyyətin, elmin tərəqqisi baxımından gənclərimiz qarşısında geniş perspektivlər açır və onlara bəslənilən ümidləri artırır».

30.01.2009-cu ildə DİN-in Polis Akademiyasında Gənclər günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Akademiyanın rəis müavini, polis polkovniki Qabil Zamanov açaraq şəxsi heyəti təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Dəvət olunan qonaqlar  - İdman və Gənclər nazirinin nümayəndəsi Tofiq Eyvazov və Əzizbəyov rayon idman və gənclər idarəsinin rəisi Vüqar Əliyev şəxsi heyətə Gənclər gününün tarixi barədə qısa məlumat vermiş, gənclər qarşısında duran vəzifələrdən, Azərbaycan dövləti tərəfindən onlara göstərilən qayğıdan söhbət aparmışlar. Tədbirdə fərqlənən gənc əməkdaşlara və müdavimlərə Əzizbəyov rayon idman və gənclər idarəsi tərəfindən «Fəxri fərman»lar təqdim edilmişdir.
Geriyə | Çap versiyası