xəbərlər

Polis Akademiyasında elmi-praktik konfrans keçirilmişdir

27.04.2010


 27 aprel 2010-cu ildə Polis Akademiyasında «Əməliyyat-axtarış fəaliyyəti: nəzəri, qanunvericilik və təcrübi aspektlər» mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransa BDU-nun müəllimləri, MTN-nin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi, Baş Prokurorluğun, Vergilər, Ədliyyə, Fövqəladə Hallar və Daxili İşlər Nazirliyinin Baş İdarə və rayon polis idarələrinin cinayət-axtarış xidmətlərinin əməkdaşları iştirak etmişlər.
Konfransdan əvvəl qonaqlar və Akademiyanın zabit-müdavim heyəti Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoymuş, xatirə fotoşəkili çəkdirmiş və Heydər Əliyev irsinin öyrənilməsi üzrə ideoloji Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.
Konfrans zalında davam edən tədbiri Akademiyanın rəisi, polis general-mayoru Ramiz Nağıyev açaraq, müzakirə olunacaq problemlərin nəzəri, hüquqi və təcrübi əhəmiyyəti barədə qısa məlumat vermişdir.
Çıxış edən polis polkovniki Şahin Hüseynov, Allahverdi Mahmudov, h.e.n. Azər İsmayılov, polis polkovnik-leytenantı Tanrıverdi Aydınov, ədliyyə mayoru Vüqar Abışov, h.e.n., dosent Bəxtiyar Əliyev, gömrük polkovnik-leytenantı Hacı Hacıyev və başqaları dövlətin təhlükəsizliyinin, insanların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, mülkiyyətin cinayətkar qəsdlərdən qorunması və cinayətkarlığa qarşı mübarizədə çox önəmli və mühüm rol oynayan əməliyyat-axtarış fəaliyyətinin problemlərinə, onların həlli ilə əlaqədar məsələlərin müəyyən edilməsinə yönəlmiş təklif və tövsiyələri ətraflı müzakirə etmişlər.

Geriyə | Çap versiyası