xəbərlər

DİN-in Polis Akademiyasında «Dünya Azərbaycanlılarının Həmrəyliyi günü» qeyd olunmuşdur.

29.12.2010

«Dünya Azərbaycanlılarının Həmrəyliyi günü» ilə əlaqədar 29.12.2010-cu il tarixdə DİN-in Polis Akademiyasının şəxsi heyəti ilə AMEA-nın Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramovun görüşü keçirilmişdir.
Tədbirlərdən əvvəl qonaqlar və akademiyanın zabit-müdavim heyəti ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər və əklil qoymuş, abidənin qarşısında fotoşəkillər çəkilmişdir. 
Tədbiri akademiyanın rəisi, polis general-mayoru Cənab Ramiz Nağıyev açıq elan edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat verərərək gələn qonağı şəxsi heyətə təqdim etmişdir.
Qonaq professor Cəbi Bəhramov həmrəylik gününün əhəmiyyətindən söhbət açaraq dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların diaspor təşkilatlarının rolundan və bu bayramın qeyd edilməsindən ətraflı bəhs edərək tədbir iştirakçılarının suallarını cavablandırmışdır.
Tədbir konsert proqramı ilə yekunlaşmışdır.

Geriyə | Çap versiyası