Polis akademiyası

xəbərlər

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda 16 oktyabr 2015-ci il tarixində III Beynəlxalq elmi-praktik konfransın keçirilməsi haqqında

29.06.2015

 
 
 
 
III Beynəlxalq elmi-praktik konfrans
“Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri”

“ 16” oktyabr 2015-ci il

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası

Hörmətli həmkarlar!

 İctimai münasibətlərin qloballaşma şəraitində sürətli inkişafı cinayətlərin yeni növlərinin yaranmasına, cinayətkarlığın kəmiyyət və keyfiyyət göstəricilərinin daha dinamik dəyişkənliyinə təkan vermişdir. Yaranmış vəziyyət cinayətkarlığın sistemli və detallaşdırılmış təhlilini, profilaktik tədbirlərin strateji əsaslarının yaradılması istiqamətlərinin araşdırılmasını, cinayətkarlığın beynəlxalq və regional problemlərinin öyrənilməsini zəruri edir.
Cinayətkarlığın beynəlxalq və regional problemlərini müəyyən etmək, onların təhlilini aparmaqla profilaktikası istiqamətlərini araşdırmaq və beynəlxalq təcrübəni öyrənmək məqsədi ilə sizi “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda III beynəlxalq elmi-praktiki konfransda iştirak etməyə dəvət edirik.

Konfransda aşağıdakı istiqamətlər üzrə müzakirələrin aparılması planlaşdırılır:


Konfrans “ 16  ” oktyabr 2015-ci il tarixində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında keçiriləcəkdir (ünvan: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəs. A.İldırım 3).
Konfrans materiallarının son göndərilmə tarixi:  “16 sentyabr”  2015-ci il.
Konfrans materiallarının göndərilməsi üçün elektron ünvan: policacademy@pa.edu.az; v.mansurov@pa.edu.az
Əlaqə telefonu: 454-24-72; +994-55-553-44-17.

Konfransda iştirak etmək üçün müraciət forması (əlavə edilir) doldurularaq təşkilat komitəsinin ünvanına göndərilməlidir.


Konfrans üçün təqdim olunan məqalələrə dair tələblər:

  1. Məqalədə müəllifin adı, soyadı və atasının adı, elmi dərəcəsi (varsa), iş yeri və vəzifəsi, elektron ünvanı göstərilməlidir. Materiallara müəllifin fotosu əlavə edilməlidir.
  2. Məqalənin həcmi 10 (A4) səhifədən çox olmamalıdır. Mətni Times New Roman 14 şriftlə (interval 1.5), Microsoft Office Word formatında yazılmalıdır.
  3. Hər iştirakçı 1 (bir) məqalə təqdim edə bilər. Məqalələrdə yenilik və problemin həllinə kömək edəcək faydalı təkliflər olmalıdır.
  4. Məqalələr azərbaycan, rus və ingilis dillərində ola bilər.

Konfrans materiallarının dərci pulsuzdur.



DİN-in Polis Akademiyası




Çap et  Çap et