Polis akademiyası

xəbərlər

2016/2017-ci tədris ili üçün DİN-in Polis Akademiyasına qiyabi təhsil üzrə dinləyicilərin qəbulu elanı

30.01.2016

DİN-in Polis Akademiyasında qiyabi təhsilə qəbulla bağlı müsabiqədə -sıravi və kiçik, orta və böyük rəis heyəti vəzifələrində 1 ildən az olmayaraq nümunəvi xidmət edən, ilkin hazırlıq kursu keçmiş, şəxsi, mənəvi və fiziki keyfiyyətlərinə görə fərqlənən, tam orta və ya ali təhsilli polis əməkdaşları 25 yanvar- 20 fevral tarixlərində xidmət etdiyi orqana müraciət etməklə iştirak edə bilərlər.

Müddətli müqavilə əsasında xidmət keçən  polis əməkdaşlarının müraciətlərinə müstəsna hallarda DİN-in Baş Kadrlar İdarəsi ilə razılaşdırıldıqdan sonra, müsabiqədə iştirak etmək arzusunda olan digər əməkdaşların müraciətlərinə isə heç bir məhdudiyyət qoyulmadan, DİN-in 2002-264 nömrəli əmri ilə təsdiq edilmiş Təlimata müvafiq olaraq tədris işləri hazırlanmaqla dərhal, son olaraq mart ayının 5-dək DİN-in Baş Kadrlar idarəsinə göndəriləcəkdir.

Cari ilin 14-16 mart tarixlərində nəzərdə tutulmuş DİN-in Seçmə  komissiyasından müvəffəqiyyətlə keçdikdən sonra sıravi və kiçik rəis heyətindən  olan tam orta təhsilli əməkdaşlar III ixtisas qrupunda nəzərdə tutulmuş fənlər üzrə imtahan verirlər. Ali təhsilli sıravi və rəis heyətindən olan əməkdaşlar isə müsahibədə iştirak edirlər.

Daha ətraflı məlumatı DİN-in Polis Akademiyasının  -  (012) 454-12-78 və ya
Baş Kadrlar İdarəsinin - (012) 590-98-16, 18-16 (daxili) nömrəli telefonları vasitəsilə ala bilərsiniz.




Çap et  Çap et