Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki Mansurov Vüqar Şəmistan oğlu1973-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1992-ci ildən 1998-ci ilədək Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarında xidmət etmişdir.
1998-ci ildə DİN-in Polis Akademiyasına daxil olub 2002-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 21.08.2002-ci il tarixindən Polis Akademiyası “DİO-nun inzibati fəaliyyəti” kafedrasının müəllimi, 19.03.2010-cu ildən isə həmin kafedranın baş müəllimi vəzifəsində xidmət etmişdir.
Azərbaycan Respublikası Daxili İşlər naziri general-polkovnik cənab Vilayət Eyvazovun 29 iyun 2022-ci il tarixli Ə1809 ş\h-001-22 nömrəli əmri ilə polis polkovniki Mansurov Vüqar Şəmistan oğlu 30 iyun 2022-ci il tarixdən DİN-in Polis Akademiyasının Daxili işlər orqanlarında inzibati fəaliyyət kafedrasının baş müəllimi vəzifəsindən azad edilib, Polis Akademiyasının rəisinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
Ailəlidir. Üç övladı var.